ABŞ də keçirilən mitinqdə atışma baş verib
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Yuta ştatının Solt-Leyk Siti şəhərində keçirilən aksiyada atışma baş verib.
“Report” xəbər verir ki, şəhər polisi “X” sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, atışmada bir nəfər xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.
“Biz Seyt Strit yaxınlığındakı nümayişlə əlaqəli olduğu güman edilən atışma ilə bağlı araşdırma aparırıq. Atışmadan sonra bir nəfərin ağır vəziyyətdə olduğunu təsdiqləyə bilərik”, - məlumatda deyilir.
Hadisə ilə bağlı üç nəfər saxlanılıb.
“CNN” isə yazır ki, aksiya əvvəlcədən planlaşdırılıb və polislə razılaşdırılıb. Atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağılışmağa çağırıb.
79 yaşı tamam olan prezidentin ad günündə ABŞ-nin əksər ştatlarında Donald Trampın siyasətinə qarşı “Krallar yoxdur” aksiyaları keçirilir. Solt-Leyk Sitidə keçirilən mitinqə 10 minə yaxın insan iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 İyun 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















