Bloomberg : Huanq rəhbərliklə razılaşdırılmadan Nvidia ya qaytarılıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin "Nvidia" şirkətinin Direktorlar Şurası rəhbərliklə razılaşdırmadan Censen Huanqı baş direktor vəzifəsinə bərpa etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, rəhbərlərə bu barədə son anda məlumat verilib. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qərar noyabrın 22-də günün ikinci yarısında - ABŞ Prezidenti Donald Trampın Direktorlar Şurasına təzyiq göstərməsindən sonra qəbul edilib. Mənbələr qeyd edib ki, Censen Huanqın əvəzinə nəzərdən keçirilən bəzi namizədlər özləri seçimdə iştirakdan imtina ediblər.
"The New York Times"ın mənbələri bildirib ki, ötən həftənin sonunda Donald Tramp Censen Huanqın "Nvidia"nın baş direktoru vəzifəsinə qayıtmasına kömək üçün "mümkün olan hər şeyi etmək" qərarına gəlib.
ABŞ-də onun Elis Huanqla nikahdankənar əlaqələrinin araşdırılmasına başlandıqdan sonra Huanq "Nvidia"dakı rəhbər vəzifələrini tərk etmişdi. ABŞ xüsusi xidmət orqanları onu Pekinə süni intellekt üçün mikroçiplər əldə etməyə kömək məqsədilə Çinin xeyrinə casusluqda şübhəli bilirdi. Dekabrın 3-də Censen Huanq senatda şahid qismində ifadə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Noyabr 2026 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















