ABŞ də məktəbə silahlı hücum
Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadla bildirir ki, ABŞ-də 17 yaşlı Solomon Henderson yerli vaxtla saat 11:09-da məktəbin bufetinə gələrək əlindəki silahla atəş açaraq iki şagirdi yaralayıb, sonra isə özünü güllələyib. Hücum edənin hadisə yerində öldüyü, ağır yaralanan 16 yaşlı tələbənin isə Vanderbilt Universitetinin Tibb Mərkəzinə aparıldıqdan sonra öldüyü bildirilib.
Hücum zamanı yaralanan daha bir tələbənin ölüm təhlükəsinin olmadığı deyilib.
Polislər 17 yaşlı şəxsin silahı necə əldə etdiyini hələ bilmədiklərini söyləyib: "Biz federal tərəfdaşlarımızla yaxından işləyirik və onlar hazırda silahın izini axtarırlar".
Hadisə ilə əlaqədar məktəbdə təhsilin iki gün müddətinə dayandırıldığı açıqlayıb.
Baxış sayı:69