ABŞ də qeyri qanuni miqrant ovu : Yeni taktika səhiyyə işçiləri arasında narahatlıq yaratdı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) Hökumət Səmərəliyi Departamenti (DOGE) ilə birlikdə qeyri-qanuni miqrantların aşkarlanması üçün yeni bir yanaşma hazırlayır. Bu məsələ səhiyyə və şəxsi məlumatların qorunması sahəsində ekspertlər arasında ciddi narahatlıq doğurub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Washington Post" xəbər yayıb.
Bildirilir ki, ABŞ hökuməti potensial qeyri-qanuni miqrantların yerini izləmək məqsədilə populyar "Medicaid" və "Medicare" tibbi sığorta proqramlarının məlumat bazalarına giriş əldə etməyi planlaşdırır.
Qeyd edək ki, 1965-ci ildə prezident Lindon Consonun islahatları çərçivəsində başladılan "Medicaid" və "Medicare" proqramları milyonlarla aztəminatlı və yaşlı amerikalını tibbi sığorta ilə təmin edir. Bu proqramların məlumat bazaları təkcə xəstələrin sağlamlıq vəziyyəti haqqında məlumatları deyil, həm də onların aktual yaşayış ünvanlarını ehtiva edir. Görünür, məhz bu məlumat miqrasiya xidmətləri üçün xüsusi maraq kəsb edir.
ICE və DOGE-nin təşəbbüsü ABŞ səhiyyə sisteminin hazırkı və keçmiş əməkdaşları arasında dərin narahatlıq yaradıb. Ekspertlər bu cür hərəkətlərin qanuniliyinə şübhə edib və mümkün mənfi nəticələr barədə xəbərdarlıq ediblər.
Baxış sayı:112
Bu xəbər 17 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















