ABŞ də qəza yerində 40 cəsəd aşkarlandı
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin cəsədi aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “CBS” telekanalı yayıb.
Bildirilib ki, cəsədlərin bəziləri təyyarənin qalıqlarının düşdüyü Potomak çayından, bəziləri isə sahildən tapılıb.
Ehtimallara görə, cəsədlərin bəziləri təyyarənin hələ dalğıclar üçün əlçatmaz olan quyruq hissəsindədir.
Bununla yanaşı, bu gün təyyarənin qalıqlarının çaydan çıxarılmasına başlanılacaq.
Xatırladaq ki, hadisə dünən səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Yanvar 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















