ABŞ də “qızıl kart” vizası yalnız bir nəfərə verilib
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən “qızıl kart” vizası proqramı çərçivəsində indiyədək cəmi bir nəfərə icazə verildiyi açıqlanıb.
Sherg.az xəbər verir ki, ABŞ-nin ticarət naziri Hovard Lutnick bildirib ki, ən azı 1 milyon dollar ödəməklə ABŞ-də yaşamaq və işləmək imkanı yaradan proqram gözləniləndən daha zəif nəticə göstərib. Halbuki ilkin mərhələdə milyardlarla dollar həcmində müraciət olduğu iddia edilirdi.
Proqram xarici investorları cəlb etmək və federal büdcəyə gəlir gətirmək məqsədi daşıyır. “Qızıl kart”ın mövcud EB-5 vizası proqramı ilə əvəzlənməsi planlaşdırılır.
Nazirin sözlərinə görə, hazırda yüzlərlə müraciət araşdırılır. Proqram çərçivəsində müraciət edənlər 1 milyon dollarla yanaşı, 15 min dollar rüsum ödəyir və ciddi təhlükəsizlik yoxlamasından keçirlər.
Qeyd edək ki, bu təşəbbüs sonda ABŞ vətəndaşlığına aparan yol təqdim edir və varlı xarici şəxslərin ölkəyə cəlb olunmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 26 Aprel 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















