ABŞ dəki erməni lobbisi Azərbaycana qarşı hərəkətə keçdi YAP çı deputat deyir ki...
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Donald Trampın Azərbaycana hərbi yardımı qadağan edən “907-ci düzəliş”in icrasını dayandırması ABŞ-dəki erməni lobbisini hərəkətə gətirib.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ Konqresində “Ermənistanla Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlı iki partiyalı qanun layihəsi irəli sürülüb. Qanun layihəsinin təşəbbüskarları Konqresin Ermənistan məsələləri üzrə komitəsinin həmsədrləri – respublikaçı konqresmen Qas Bilirakis və demokrat konqresmen Frank Pallonedir.
Sənəd ABŞ prezidentinin Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətini dayandırmasını qadağan etməyi hədəfləyir. Sənəddə vurğulanır ki, qadağa Azərbaycanın Ermənistanla davamlı sülhün bərqərar olması üçün aydın və ölçülü addımlar atmayacağı müddətdə qüvvədə qalmalıdır.
Qanun layihəsində bu addımlar sırasında Azərbaycanın 2025-ci il 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyanat üzrə öhdəliklərinə əməl etməsi, Ermənistanın suveren ərazisindən bütün hərbi qüvvələrin tam çıxarılması, bütün erməni məhbusların qeyd-şərtsiz azad edilməsi, erməni mədəni və dini irsinin qorunmasının təmin edilməsi və digər məsələlər yer alır.
Sənəddə, həmçinin, ABŞ-nin Ermənistana təhlükəsizlik sahəsində göstərdiyi yardımın hərtərəfli təhlilinin aparılması nəzərdə tutulur. Məqsəd Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də yuxarıda qeyd olunan şərtlərin yerinə yetirilmədiyi halda çəkindirmə mexanizmlərinin formalaşdırılmasıdır.
Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, ABŞ-dəki erməni lobbisinin bu təşəbbüsü əslində Ermənistanın dövlət maraqlarına zərbə vurur: “Son illərdə Paşinyanla lobbi təşkilatları arasında müəyyən gərginliklər də özünü biruzə verirdi. Paşinyan praqmatiq qərarlar verir. O, nəhayət dərk etdi ki, Ermənistan işğaldan əl çəkməsə, onun gələcəyi yoxdur. Bugün sülh sazişi üzərində ciddi işlər gedir. Sülhə qədər artıq bir sıra addımlar atılıb və bu erməni cəmiyyətində də müsbət qarşılanıb. Görünür, hansısa qüvvələr prosesi pozmağa çalışır”.
Məlahət İbrahimqızı, bununla belə qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan siyasətində qətiyyətlidir: “O, sülh üçün çalışır. İnanıram ki, konqresmenlərin bu təşəbbüslərini də ciddiyə almayacaq”.
Günay Mahirqızı
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















