ABŞ dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın "Henry Public Relations" şirkətinin baş direktoru, "RedPresswire"ın həmtəsisçisi və "Newsmax TV"nin şərhçisi Brayan E. Leyb 1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv edilməsinə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
"1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv etməli və ABŞ istehsalı olan qırıcı təyyarələri sabit və etibarlı müttəfiqimiz olan Azərbaycana satmalıyıq", - deyə Leyb bildirib.
Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 İyul 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















