Bu yeni mərhələnin başlanğıcı ola bilər
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində iştirak edəcəklər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva, Pekin və Vaşinqton prinsipcə bu üçtərəfli Zirvə görüşünün təşkilinə hazırdır. Donald Tramp isə görüş zamanı Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, nüvə silahlarının ləğvi və azaldılması məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Məlumata görə, artıq üçtərəfli görüş üçün hazırlıqlara başlanılıb.
ABŞ, Rusiya və Çin arasında mümkün yaxınlaşma dünyanın əsas güc mərkəzləri arasında yeni rəqabət mühiti formalaşdıra bilərmi? Güc mərkəzlərinin yaxınlaşması geosiyasi və geoiqtisadi aləm üçün nələr vəd edir?
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Bakıvaxtı.az-a danışıb.
Onun qənaətincə, ABŞ, Rusiya və Çin liderlərinin mümkün görüşü dünya siyasətində yeni mərhələnin başlanğıcı ola bilər:
"Burada dünyanın üç əsas dövlətindən söhbət gedir. Dövlət başçılarının görüşündə böyük razılaşmaların əldə olunacağı təqdirdə dünyada yeni vizyon və yeni güc mərkəzləri yarana bilər. Bu isə dünyanın bundan sonrakı proseslərinin gedişatını dəyişdirə bilər. Xatırladım ki, BMT Təhlükəsizlik Şurasında beş daimi üzv var. Avtomatik olaraq Britaniya və Fransanın həmin ölçüyə uyğun gəlmədiyi həqiqəti ortaya çıxacaq. Əgər Putin, Si və Tramp razılaşarsa, dünyanın bir çox iri gücləri, o cümlədən Avropa İttifaqı kimi iqtisadi mərkəz kənarda qalmış olacaq".

Əziz Əlibəyli: Tramp və Çin ticarət savaşı aparır
Politoloq qeyd edib ki, hazırda Tramp və Çin ticarət savaşı aparır. Bu razılaşmalar hər ikisi üçün "win-win", yəni qazan-qazan prinsipi ilə nəticələnə bilər:
"Rusiya nöqteyi-nəzərindən hesab edirəm ki, Tramp və Putin ortaq nöqtələri tapa biliblər. Hətta söhbət Ukraynanın qurban verilməsindən gedirsə, bunun müqabilində ABŞ-nin dünyanın qalan məsələlərini, o cümlədən İran məsələsini öz xeyrinə həll edəcəyi ehtimalını irəli sürmək olar. Biz hələlik problemin üzərindən görüşə baxırıq, görüşdən sonrakı problemin həllinə deyil. Qarşıdurmalarla zəngin abu-havada bu mərhələnin nə dərəcədə uğurlu olacağını zaman göstərəcək", - deyə Ə. Əlibəyli vurğulayıb.
Gülşən Şərif
Baxış sayı:31
Bu xəbər 28 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















