ABŞ dən vətəndaşlarına çağırış: İrandan çıxın!
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
Modern.az xəbər verir ki, ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib.
“Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir.
Bundan əlavə, diplomatik nümayəndəlik İran ərazisində internetin fəaliyyətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, ABŞ vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və ABŞ pasportunun nümayişi və ya ABŞ-la əlaqələrin olması belə həbs üçün əsas ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Fevral 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















