Icma.az
close
up
RU
Menu

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Rusiya və İrana gedən siyasətçi həbs edildi

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

İnstaqramı döndəriblər ginekoloji stola

AFB Bank bayrağımızı təhrif edib FOTO

Məşhur atlet boksçudan ayrıldı

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

İspaniya La Liqası: Madrid derbisində darmadağın

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

Skuterdə sürəti aşdı, başı svetafora girdi

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

Balakəndən keçən İnterçaydan sel keçir

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

ABŞ “DƏRİN DÖVLƏTİ”NİN XAOS STRATEGİYASI Tramp kimlərin sifarişini yerinə yetirir?

ABŞ “DƏRİN DÖVLƏTİ”NİN XAOS STRATEGİYASI Tramp kimlərin sifarişini yerinə yetirir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, ABŞ-nin fövqəldövlət olmasının başlıca səbəbi onun hərbi, texnoloji, elmi və kəşfiyyat potensialıyla yanaşı, maliyyə gücündən və dolların dünya ticarətindəki təsir imkanlarından asılıdır.

Ona görə də bu ölkənin daxilində baş verən olaylar qlobal xarakter daşıyır. Hazırda ABŞ Prezidenti Donald Tramp ölkəsinin aparıcı mövqeyini möhkəmləndirmək naminə incə siyasi gedişlər etmək əvəzinə, diplomatik etiketləri bir kənara tullayıb zorbalığa əl atır. Bu gün Ağ Ev rəhbəri ABŞ-nin avtoritar üsullarla idarə edilməsinin vacibliyini dilə gətirməkdən belə çəkinmir. Görəsən, ABŞ-nin uzun illər ərzində oturuşmuş ictimai institutları Trampın bu cür ”özbaşınalığına” niyə mane olmurlar? Yoxsa, Trampın bu sayaq davakar siyasi kursu “dərin dövlət”in hansısa planının tərkib hissəsidir?

Dünya demokratiyasının avanqardı sayılan ABŞ-də prezidentin avtoritarizmə yuvarlanmasını əngəlləyən çoxsaylı mexanizmlər var və lazımi məqamda bunlar işə düşür. Amma bir məsələni mütləq vurğulamaq gərəkdir. Unutmayaq ki, ABŞ-nin tarixində xüsusi hallarda prezidentə müstəsna səlahiyyətlər verilib. Məsələn, 1930-cu illərdə ABŞ iqtisadiyyatını Böyük Depressiyadan çıxarmaq üçün Prezident Franklin Ruzvelt sərt inzibati tədbirlər çərçivəsində hər şeyi total nəzarətə götürmüş, hətta əhalidəki qızılı müsadirə də etmişdi. Səbəb aydındır, çünki demokratik üsulla idarəetmə bəzən müşkül problemlərin öhdəsindən layiqincə gələ bilmir, müvafiq qərarların verilməsi prosedur əngəllər ucbatından yubanır. Ancaq avtoritarizmdə qərarların verilməsi bir nəfərin iradəsinə həvalə edilir və proses tezləşir. Franklin Ruzveltin rəhbərliyi altında ABŞ İkinci Dünya Müharibəsinə qoşulmuş və dünyanın iri güclər arasında təsir dairəsinə bölünməsində mühüm yer tutan Yalta Konfransında iştirak etmişdi. Bəlkə indi də dünya 1930-cu illərə bənzər burulğanlı dövrün astnasındadır?

Tarix boyu bütün siyasi proseslərin təkanverici amili olan iqtisadiyyatın hazırkı durumu qənaətbəxş səviyyədə deyil. Əlbəttə, söhbət dünya iqtisadiyyatının lokomativi olan ABŞ-nin mövcud vəziyyətindən gedir. Əgər Amerikanın iqtisadi-maliyyə sistemində təxirəsalınmaz həllini gözləyən ciddi problemlər narahatedici faktordursa və bu problemlər getdikcə dərinləşirsə, deməli, dünyanı Böyük Depressiyaya oxşar və bəlkə də ondan daha vahiməli iqtisadi təlatümlər gözləyir.

Sözsüz ki, hər dövrün tələbinə uyğun siyasət yürüdülür və ümumi durumun kəskinləşməsinin qarşısını almaq üçün qeyri-populyar tədbirlər görülə bilər. Sözügedən tədbirlər artıq əskisi kimi işləməyən beynəlxalq iqtisadi-maliyyə mexanizminin demontaj edilməsinə və onun yenisiylə əvəzlənməsi prosesinə start verməlidir. Hazırda ABŞ Prezidenti Donald Tramp İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamını dağıtmaqla məşğuldur. O, bu istiqamətdə az iş görməyib. İlk baxışda Trampın siyasi kursu xaos təsiri bağışlasa da, çox güman ki, əslində o, xaosu bir strategiya kimi seçib. Məsələnin əsas məğzi ondadır ki, ortada irəliyə hesablanmış iri miqyaslı layihə var və həmin layihəni Tramp hazırlamayıb. O, yalnız “icraçı menecer” funksiyasını həyata keçirir.

Trampın həyatına, siyasi keçmişinə, biznes fəaliyyətinə, dünyagörüşünə və əhatə dairəsinə göz gəzdirsək, aydın olar ki, mövcud dünya nizamını pozub, planetar miqyaslı yeni bir sistemin yaradılması planının tərtib olunması onun çapına, dərrakəsinə uyğun gələn iş deyil. Belə bir nəhəng tarixi missiyanın alqoritminin qurulması Tramp və onun komandasının zəkasının məhsulu ola bilməz. Ağ Ev rəsmilərinin məhdud intellektual potensialıyla dünyanın keyfiyyət baxımından yeni bir eraya qədəm qoyması praktik cəhətdən mümkündür, amma bir şərtlə ki, bu şəxslər planalayıcılar yox, yalnız icraçı ola bilərlər. Bu, konspiroloji nəzəriyyə kimi anlaşılmamalıdır. Sadəcə, unutmayaq ki, ABŞ təsadüfi dövlət yox, kapitaizm sisteminin idarəetmə mərkəzidir və bütün dövlətlər həmin mərkəzin orbitində hərlənirlər.

Ancaq ABŞ mərkəzli dünya artıq öncəki kimi fəaliyyət göstərə bilmir, mexanizmdə aşınma baş verib və onun təzələnməsinə ehtiyac yaranıb. ABŞ-də yerləşən maliyyə internasionalı kapitlizmlə bağlı olan mövcud iqtisadi sxemdəki problemləri hamıdan yaxşı görür. ABŞ-nin hökmranlığı altındakı dollar sistemi vasitəsilə dünyanı vahid mərkəz ətrafında tutub saxlamaq əngələ çevrilib.

Tarixin diqtəsindən yaxa qurtarmaq mümkün deyil və fundamental dəyişikliklər qaçılmazdır. Belə olan təqdirdə dünyanın digər mərkəzləri - Avropa Birliyi, Çin, Braziliya, Hindistan və Rusiya yeni dünya nizamında harada dayanacaqlarından və hansı status alacaqlarından bərk narahatdırlar. Əgər ABŞ yaxın gələcəkdə gözlənilmədən ümumdünya maliyyə və ticarət sistemində radikal dəyişikliklər etmək qərarına gələrsə və Vaşinqtondan deyilsə ki, “biz bu sistemdən çıxırıq, başınızın çarəsinə baxın”, onda bütün ölkələr iqtisadi tənəzzülə qərq olacaqlar. Heç şübhə yoxdur ki, dünya miqyaslı yeni iqtisadi-maliyyə sistemi qurulmadan ABŞ-nin indiki müstəvini qəfildən tərk etməsi digər dövlətlər üçün fəlakətlə nəticələnə bilər. Məsələn, dünya fabriki sayılan Çin tez-tez dolların yuanla əvəzlənməsi ideyasından dəm vurur, amma onlar unudurlar ki, səksən illik sistem bütün dərinliyinə kimi ABŞ-yə, əslində isə Federal Rezerv Sisteminin emissiyasına bağlıdır və qlobal maliyyə modelindəki çöküş domino effekti kimi elə birinci Çini aşırdacaq.

Uzun müddət ərzində ABŞ ilə hərbi və iqtisadi sferada əməkdaşlıq edən Avropa Birliyi Almaniya və Fransanın çiyinləri üzərində dayanıb. Qoca qitənin mərkəzi dövlətləri(Almaniya və Fransa) bu ittifaqı saxlmaq üçün böyük məbləğdə pul xərcləyirlər. Düzdür, bunun müəyyən səmərəsi də var və ümumi bazara pul axıdıldığından avronun aktuallığı təmin edilir, Almaniya sənayesi durğunluğa məruz qalmır. Amma bu çarx daim eyni gücdə və artan templə işləyə bilməz, ona görə Avropa da yenilənməyə getməlidir. Hələ üstəlik, böyük satış bazarı olan ABŞ tarif qiymətlərini artırmaqla öz qapılarını avropalıların üzünə qapatmağa başlayıb...

Bəs Ukraynaya təcavüz edən Rusiyanın yeni dünya nizamındakı vəziyyəti necə ola bilər? Dünyanın əsas xammal bazası sayılan Rusiyanın fəlakətli günlərdə ayaq üstə duruş gətirməsinin yeganə təminatçısı ABŞ ola bilər. Qlobal iqtisadi təlatümlər zamanı Rusiyanın təbii resurslarına ehtiyac kəskin azalacaq və bu ölkə özünü ən zəruri məhsullarla təmin etmək üçün çabalayacaq. Deməli, Rusiya dünyanın yenidən formatlanmasında ABŞ-nin himayəsinə sığınmaq məcburiyyətində qalacaq və onun qlobal müstəvidəki yerini “Sem dayı” müəyyənləşdirəcək. Bu deyilənlər elə Ukraynaya da aiddir.

Hazırda ABŞ-nin siyasəti ona yönəlib ki, gözlənilən qlobal çalxantılar zamanı özünə ziyan dəyməsin və dünyanın yenidən formatlanması prosesinə başçılıq etsin. Bütün bunlara əlavə olaraq qeyd etmək lazımdır ki, bəlkə də Tramp keçici, müvəqqəti bir fiqur kimi qəsdən önə verilib. Ola bilər ki, Tramp və komandası nəzərdə tutulan “qara işləri” görüb yekunlaşdırdıqdan sonra siyasi səhnəni tərk edəcəklər və meydana zamanın tələblərinə cavab verəcək yeni lider, yeni sima və yeni ideoloji platforma gələcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Mart 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see166

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see153

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see152

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see147

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see135

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see133

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see130

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see130

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see130

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see129

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see129

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see127

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see125

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see125

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see125

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 13:12see124

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see124

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see124

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri