ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ hakimiyyəti Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton Gürcüstan hakimiyyətinə qarşı istənilən vasitələrdən, o cümlədən sanksiya məhdudiyyətlərindən istifadə etməyə hazırdır.
Miller etiraf edib ki, belə sanksiyalar hətta ABŞ prezidenti Co Baydenin indiki administrasiyası dövründə də tətbiq oluna bilər.
“Biz şəxsi sanksiyaların tətbiqi də daxil olmaqla, Gürcüstanı bu addımlara görə məsuliyyətə cəlb etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, - deyə siyasətçi bildirib.
Bununla belə, Miller bu cür sanksiyaların kimlər üçün hazırlandığını və hansı məhdudiyyətləri əhatə edəcəyini açıqlamayıb.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:132
Bu xəbər 11 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















