ABŞ dövlət katibi: Biz Qrenlandiyanı almağa qərarlıyıq
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın Qrenlandiyanı almaq istəməsi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Sirius XM-də The Megyn Kelly Show-da danışan Rubio, prezident Trampın gündəmdə olan Qrenlandiya və Panama kanalının ABŞ-ın himayəsində olacağına işarə edən açıqlamalarını dəyərləndirib.
Trampın adanı almaqda qərarlı olduğunu və lazım gələrsə əsgərlərdən istifadə imkanını da istisna etmədiyini ifadə edən Rubio, "Bu zarafat deyil. Qrenlandiyanın ABŞ ərazisinə daxil edilməsi bizim milli maraqlarımıza aid bir məsələdir və bu məsələ mümkün qədər tez həll edilməlidir"-deyə, bildirib.
Rubio deyib ki, Arktika tezliklə gəmiçilik marşrutları üçün mühüm məkana çevriləcək və ABŞ “Çinin bölgədəki mövcudluğunu artırması” riskinə qarşı tədbir görməlidir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 31 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















