Icma.az
close
up
RU
ABŞ eksperti: Orta Dəhliz cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevriləcək

ABŞ eksperti: Orta Dəhliz cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevriləcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Orta Dəhlizin əsas üstünlüyü onun Şərqi Asiyanı, ilk növbədə Çini Avropa ilə birləşdirən ən etibarlı və geosiyasi baxımdan təhlükəsiz quru ticarət marşrutu olmasından irəli gəlir. Bu üstünlük, marşrutun Rusiya və İran kimi ənənəvi, lakin son illərdə yüksək riskli nöqtələrdən yan keçməsi ilə birbaşa bağlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ABŞ-da fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Şimal dəhlizi Qərbin sanksiyaları, tənzimləyici qeyri-müəyyənlik, sığorta problemləri və şirkətlər üçün reputasiya riskləri səbəbindən ciddi şəkildə zəifləyib. Eyni zamanda, Süveyş kanalı və Qırmızı dəniz üzərindən keçən ənənəvi dəniz marşrutu husilərin hücumları nəticəsində əngəllərlə üzləşib, daşımaların müddəti 35–45 günə qədər uzanıb, təhlükəsizlik və xərclər əhəmiyyətli dərəcədə artıb.

Orta Dəhliz bu marşrutlarla müqayisədə daha qısa tranzit müddəti, orta hesabla Çin–Avropa xətti üzrə təxminən 18 gün, daha yüksək proqnozlaşdırıla bilən və tək mərkəzli geosiyasi risklərə qarşı davamlılıq təklif edir. Bu amillər Orta Dəhlizi artıq sadəcə alternativ deyil, getdikcə üstünlük verilən strateji istiqamətə çevirir.

Umud Şokri diqqətə çatdırıb ki, yük daşımalarının həcmi son illərdə kəskin artıb: “Belə ki, 2022-ci ilə qədər Çin–Avropa ticarətində Orta Dəhlizin payı 1 faizdən az olduğu halda, 2024-cü ildə daşınmalar 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2030-cu ilə qədər bu göstəricinin 11 milyon tona yüksələcəyi proqnozlaşdırılır. ABŞ–Çin gərginliyi, sanksiya rejimləri, regional qeyri-sabitlik fonunda tədarük zəncirlərinin şaxələndirilməsi və ehtiyat marşrutların yaradılması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Orta Dəhliz təkcə logistika layihəsi deyil, eyni zamanda regional əməkdaşlığı təşviq edən, rəqib güclərdən asılılığı azaldan və Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələrini ticarət, enerji, kritik minerallar və rəqəmsal bağlantılar üçün mərkəzə çevirən platformadır. Bu baxımdan marşrut Avropa üçün tədarük zəncirlərinin dayanıqlığını və Avrasiya resurslarına çıxışı, Asiya, xüsusilə Çin üçün isə “Bir kəmər, bir yol” təşəbbüsü ilə sinerji imkanları yaradır”.

Ekspert vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması Orta Dəhlizin inkişafını kəskin şəkildə sürətləndirə bilər. Onun sözlərinə görə, Cənubi Qafqaz seqmentindəki maneələrin aradan qaldırılması marşrutu yüksəktutumlu və aşağıriskli əsas arteriyaya çevirə bilər. Bu kontekstdə 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə qəbul edilən Vaşinqton Bəyannaməsi və ardınca əldə olunan razılaşmalar xüsusi əhəmiyyət daşıyır.

“Bu proses çərçivəsində Ermənistanın Sünik vilayəti ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla, oradan isə Türkiyə və Avropa ilə birləşdirən 43 kilometrlik çoxmodal tranzit xətti – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) formalaşdırılıb. 99 illik perspektivə malik bu layihə dəmir yolu, avtomobil yolu, enerji xətləri, fiber-optik kabel və gələcəkdə boru kəmərlərini əhatə edə bilər. TRIPP layihəsi marşrutları qısaldır və Orta Dəhlizin ümumi ötürücülük qabiliyyətini artırır. Proqnozlara əsasən, yeni xətlər üzrə illik 15 milyon tona qədər yük daşına bilər”, - deyə U.Şokri bildirib.

Ekspertin fikrincə, bu proses siyasi baxımdan da mühüm nəticələr doğurur. İqtisadi qarşılıqlı asılılıq “bağlantılar vasitəsilə sülh” prinsipini gücləndirir, yeni münaqişə risklərini azaldır, ənənəvi təsir rıçaqlarını zəiflədir və Qərb, xüsusilə Avropa İttifaqının investisiyalarını cəlb edir. Bununla da Orta Dəhliz ideyadan real, işlək mexanizmə çevrilir.

O qeyd edib ki, bütün bu proseslərin mərkəzində Azərbaycan dayanır: “Azərbaycan Xəzər keçidini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən coğrafi və infrastruktur baxımından əsas qovşaqdır. Bakı limanı, dəmir yolları, gömrük sisteminin rəqəmsallaşdırılması, enerji və məlumat xətləri Azərbaycanın bu marşrutda əməliyyat mərkəzinə çevrilməsini təmin edir. Azərbaycanın regional enerji layihələrində, xüsusilə Cənub Qaz Dəhlizində qazandığı institusional təcrübə və aktiv mövqeyi onu Orta Dəhlizin koordinasiyasında əsas vasitəçiyə çevirir. Məhz Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya formatı C5-dən C6-ya genişlənərək vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırıb”.

Umud Şokri xatırladıb ki, 2026-cı ilin fevralında imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası Orta Dəhliz və TRIPP, enerji, rəqəmsal infrastruktur, kritik mineralların tranziti və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

Ekspert sonda bildirib ki, Orta Dəhlizin uzunmüddətli dayanıqlılığı üçün C6 formatının institusional əsasda möhkəmləndirilməsi, TRIPP layihəsinin hüquqi, gömrük və təhlükəsizlik mexanizmlərinin tam razılaşdırılması həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mövcud dinamika Orta Dəhlizin cəmi bir neçə il ərzində Şərqlə Qərb arasında əsas strateji xəttə çevrilə biləcəyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri