Icma.az
close
up
RU
Şərqlə Qərb arasında yerləşən strateji tərəfdaşlıq

Şərqlə Qərb arasında yerləşən strateji tərəfdaşlıq

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Çin ortaq inkişaf naminə əməkdaşlığın miqyasını genişləndirir

Hazırkı tarixi mərhələdə sivilizasiyalararası dialoq qlobal təhlükəsizliyin və diplomatik sabitliyin qorunmasında həlledici siyasi vasitədir. Azərbaycan və Çin Xalq Respublikası qlobal idarəetmədə bərabərhüquqlu tərəfdaşlıq, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsiplərini rəhbər tutaraq müasir dünyanın qarşılaşdığı geosiyasi çağırışlara qarşı ortaq diplomatik cəbhə formalaşdırır. Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin paylaşdığı fikirlər iki ölkə arasında strateji həmrəyliyin və sivilizasiya diplomatiyasının gələcək inkişaf istiqamətlərini dəqiq müəyyən etməyə imkan verir.

2024-cü ilin iyun ayında BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təsdiqlənən qətnamə sivilizasiyalararası dialoqun beynəlxalq hüquqi müstəvidə rəsmiləşməsini təmin etdi. Çin Xalq Respublikasının irəli sürdüyü və Azərbaycan daxil olmaqla, 83 dövlətin dəstək verdiyi sənəd hər ilin iyun ayının 10-nu Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü kimi təsis etdi. Ötən il iyun ayının 10-da reallaşan ilkin mərasimlər və forumlar bəşəriyyətin gələcək inkişafı üçün çoxşaxəli mədəniyyətlərin harmonik yaşayış modelini nümayiş etdirdi. Pekin və Bakı sivilizasiyalararası dialoqu beynəlxalq münasibətlərin demokratikləşməsi və hegemonluq meyillərinə qarşı diplomatik sipər kimi qiymətləndirir.

BMT çərçivəsində əldə olunan qlobal konsensus beynəlxalq münasibətlərin gələcəyə yönələn mərhələsi kimi mühüm dönüş nöqtəsidir. 2024-cü ilin iyun ayında səsə qoyulan qətnamənin dövlətlər tərəfindən etirazsız qarşılanması beynəlxalq ailənin sivilizasiyalararası dialoqa ehtiyacını ortaya qoydu. Həmin sənədin ərsəyə gəlməsində Çinin diplomatik fəallığı və Azərbaycanın fəal dəstəyi xüsusi qeyd edilməlidir. Bakı qeyd olunan qətnamənin müəlliflərindən biri kimi həm regional, həm də qlobal miqyasda sülh tərəfdarı olduğunu sübut etdi.

***

Çin Sədri Si Cinpin tərəfindən 2023-cü ilin mart ayında irəli sürülən Qlobal Sivilizasiya Təşəbbüsü müasir dünya diplomatiyasında mütərəqqi konsepsiya kimi dəyərləndirilir. Həmin təşəbbüs qərbyönümlü liberal hegemonluğun diktə etdiyi “sivilizasiyaların toqquşması” tezisinə alternativ olaraq mədəni müxtəlifliyi və fərqli idarəetmə modellərini dəstəkləyir. Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə söykənərək, Şərqlə Qərb arasında sivil körpü rolunu oynayır. Rəsmi Bakının təsis etdiyi “Bakı prosesi” və mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumları Çinin qlobal təşəbbüsləri ilə tam geosiyasi və ideoloji uzlaşma təşkil edir. Səfir Lu Mey məqaləsində qeyd edir ki, Azərbaycanın müvafiq strateji xətti yüksək qiymətləndirməsi və BMT-də müvafiq qətnaməyə rəsmi tərəfdaşlıq etməsi iki paytaxt arasındakı strateji etimadın göstəricisidir.

Sivilizasiyalararası dialoqun qlobal miqyasda inkişaf etdirilməsi yalnız mədəniyyətlərin tanınması ilə məhdudlaşmır. Bu fəaliyyət həm də beynəlxalq təhlükəsizliyin əsasını təşkil edir. Pekinin irəli sürdüyü Qlobal Sivilizasiya Təşəbbüsü ilə “Bakı prosesi” arasındakı strateji sinerji müasir diplomatiyanın mühüm nailiyyətlərindəndir. Hər iki təşəbbüs dünyada sülhün qorunması üçün mədəni imperializmə qarşı çıxır və sivilizasiyaların bərabərliyini təbliğ edir. Səfir Lu Meyin vurğuladığı kimi, qeyd olunan tərəfdaşlıq iki dövlətin qlobal idarəetmədə ortaq məsuliyyət daşıdığını göstərir.

İki ölkə arasındakı siyasi əməkdaşlığın təkamülü qlobal güc balansının tənzimlənməsində də əhəmiyyətli rol oynayır. 2024-cü ilin iyul ayında Astanada imzalanan Strateji Tərəfdaşlıq haqqında Müştərək Bəyannamə Bakı–Pekin əlaqələrini keyfiyyətcə yeni müstəviyə daşıdı. Lakin əlaqələrin ən yüksək zirvəsi 2025-ci il aprel ayının 23-də Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Müştərək Bəyanat” oldu. Həmin tarixi sənəd iki ölkənin dövlət rəhbərlərinin qarşılıqlı etimada əsaslanan siyasi iradəsinin təzahürüdür. Sazişdə əksini tapan əsas müddəalar tərəflərin suverenlik və ərazi bütövlüyü prinsiplərinə sarsılmaz sadiqliyini təsdiqləyir.

Siyasi müttəfiqliyin dayanıqlılığı tərəflərin qlobal xaos və böhranlar qarşısında nümayiş etdiyi ardıcıl mövqedən tamamilə asılıdır. Azərbaycan və Çin qlobal idarəetmədə hər hansı güc mərkəzinin dominantlığını rədd edir. Müasir dövrdə sivilizasiyalararası dialoqun rəsmi səviyyədə təşviqi, əslində, təktərəfli güc tətbiqinə əsaslanan köhnə beynəlxalq idarəetmə metodlarına qarşı ortaq etirazdır. Hər iki ölkə dünya nizamının yenidən tənzimlənməsində hansısa sivilizasiyanın təcrid edilməsini qətiyyətlə pisləyir. İyun ayının 10-da qeyd olunan ikinci beynəlxalq gün məhz belə inklüziv diplomatik fəlsəfənin təzahürüdür.

Azərbaycannın xarici siyasətində “Vahid Çin” prinsipinin dəstəklənməsi ardıcıl və prinsipial xarakter daşıyır. Rəsmi Bakı Tayvanı Çinin ayrılmaz tərkib hissəsi kimi tanıdığını və qondarma müstəqillik cəhdlərini qətiyyətlə pislədiyini hər zaman bəyan edib. Çin Xalq Respublikası da analoji olaraq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və regional sülh gündəliyini dəstəkləyir. Qərbyönümlü bəzi siyasi dairələrin Cənubi Qafqazda münaqişə ocaqlarını yenidən alovlandırmaq və geosiyasi qarşıdurma yaratmaq cəhdləri qarşısında Pekinin nümayiş etdiyi prinsipial mövqe regional sabitliyə töhfə verir.

***

Suverenlik prinsipinin və ərazi bütövlüyünün toxunulmazlığı müasir beynəlxalq hüququn təməl sütunudur. Son dövrlər bəzi dövlətlərin beynəlxalq hüququ subyektiv maraqlara uyğun olaraq təfsir etməsi və ikili standartların tətbiqi qlobal xaosa yol açır. Azərbaycan və Çin belə neqativ tendensiyalara qarşı qətiyyətli mövqe nümayiş etdirirlər. Pekin və Bakı beynəlxalq münasibətlərdə BMT Nizamnaməsinin prinsiplərinə şərtsiz əməl edilməsini tələb edir. Səfir Lu Meyin yanaşmasında qeyd edildiyi kimi, suverenliyə qarşılıqlı hörmət, dövlətlərarası münasibətlərin etibarlı və uzunömürlü təminatıdır.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, Çinin aparıcı rol oynadığı qlobal platformalarda da aydın şəkildə təzahür edir. Rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi Pekin tərəfindən tam dəstəklənir. Şərq–Qərb əlaqələrinin mərkəzində həlledici mövqeyi olan Azərbaycan qeyd olunan təşkilatlarda aktiv iştirakı ilə Avrasiya məkanında təhlükəsizlik və dialoq mühitinin güclənməsinə xidmət edir.

Çoxqütblü dünya nizamının formalaşması prosesində beynəlxalq hüququn aliliyi və sivilizasiyalararası dialoq mühüm əhəmiyyət kəsb edir. Pekinin Qlobal Sivilizasiya Təşəbbüsü və Bakının regional sülh diplomatiyası beynəlxalq böhranların aradan qaldırılmasında təsirli model təqdim edir. Qeyd edilən diplomatik həmrəylik həm regional sabitliyə təminat verir, həm də qlobal miqyasda ədalətli beynəlxalq sistemin qurulmasına yol açır.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see373

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see271

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see262

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see241

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see230

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see229

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see227

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see216

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see212

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see207

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see207

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see206

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see201

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see199

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see196

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see174

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see173

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri