Icma.az
close
up
RU
ABŞ Ekvadorda qoşun yerləşdirməyi nəzərdən keçirir

ABŞ Ekvadorda qoşun yerləşdirməyi nəzərdən keçirir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora köçürmək imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında bildirib.

"Biz ABŞ hərbçilərinin Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıqda", - Rubio deyib.

Onun sözlərinə görə, bu, hərbi heyətin birgə hazırlanması, əməliyyatların aparılması və ümumi təhlükələrə cavab verilməsi üçün imkanlar yaradacaq.

O xatırladıb ki, ABŞ əvvəllər burada hərbi baza saxlayıb, lakin 2009-cu ildə ölkənin keçmiş prezidenti Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunları çıxarmağa məcbur olub.

"Əgər onlar (ölkə hakimiyyəti – red.) bizi dəvət etsələr, biz bu ehtimalı nəzərdən keçirəcəyik", - deyə Rubio sözünün davamında bunun strateji əhəmiyyət daşıdığını qeyd edib. 

Eyni zamanda dövlət katibi vurğulayıb ki, ABŞ Ekvadorun təhlükəsizlik ehtiyacları, o cümlədən narkotik və cinayətkarlıqla mübarizə üçün 13,5 milyon dollar ayıracaq. Bundan əlavə, ABŞ tərəfi Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün Ekvadora 6 milyon dollar dəyərində pilotsuz uçuş aparatları köçürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see270

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see256

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see251

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see214

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see203

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see198

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see178

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see175

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see175

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see173

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see172

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see172

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see172

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see171

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see170

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see170

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see168

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see168

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri