Efiopiya və Sudan arasında qarşılıqlı ittihamlar gərginliyi artırır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Sudan və Efiopiya bir-birini mərkəzi hakimiyyətə qarşı çıxan silahlı qruplaşmalara dəstək verməkdə ittiham edirlər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sudan ordusu Efiopiyanı qiyamçı Çevik Dəstək Qüvvələrinə öz ərazisində hərbi düşərgələr yaratmağa, pilotsuz uçuş aparatları buraxmağa və Sudan ərazisinə hücumlar həyata keçirməyə şərait yaratmaqda ittiham edir. Sudan bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqına şikayətlər ünvanlayaraq sübutlar təqdim etdiyini bildirib.
Efiopiya isə Sudan ordusunu Tiqray bölgəsində federal qüvvələrə qarşı döyüşən üsyançılara dəstək verməkdə günahlandırır. Sentyabr ayında bölgədə döyüşlərin yenidən başlaması 2022-ci ildə əldə olunmuş sülh razılaşmasının pozulması ilə nəticələnib. Hər iki tərəf qarşılıqlı ittihamları rədd edir.
Analitiklər xəbərdarlıq edirlər ki, iki ölkə arasındakı gərginlik daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər.
Sudanda 2023-cü ilin aprelindən ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən müharibə nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər ev-eşiyini tərk edib. Münaqişə ölkənin geniş ərazilərində humanitar böhran yaradıb.
Analitiklərin fikrincə, Sudan və Efiopiya arasında gərginliyin artması hər iki ölkədəki daxili münaqişələrin bir-birinə sirayət etməsi riskini yüksəldir. Beynəlxalq Böhran Qrupunun Afrika Buynuzu layihəsinin direktoru Alan Bosvel iki ölkə arasında proksi müharibənin başlanması üçün bütün şərtlərin mövcud olduğunu və bunun regionda sabitliyi daha da poza biləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Noyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















