ABŞ elan etdi: İŞİD terroçularının Suriyadan köçürülməsi başa çatdı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD terrorçularının Suriyadan İraqa köçürülməsinin dünən gecə başa çatdığını bildirib.
Turkustan.az xəbər verir ki, Mərkəzi Komandanlıqdan verilən yazılı açıqlamada bildirilir ki, 21 yanvarda başlayan 23 günlük əməliyyat zamanı İraqa 5700-dən çox kişi İŞİD üzvü köçürülüb.
İŞİD üzvlərinin Suriyadan İraqa köçürülməsinin dünən gecə uçuşla başa çatdığı bildirilir. Köçürülmə ABŞ və koalisiya qüvvələri tərəfindən həyata keçirilib.
Məlumata görə, CENTCOM komandanı admiral Bred Kuper İraq hökumətinə təşəkkür edib və İŞİD üzvlərinin köçürülməsinin "regional təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb etdiyini" bildirib.
Suriya ordusunun Fərat çayının qərbində YPG tərəfindən işğal edilmiş ərazilərə qarşı əməliyyatlarından sonra CENTCOM bu ərazilərdən İŞİD üzvlərini İraqa köçürməyə başlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















