Icma.az
close
up
RU
ABŞ Əli Laricani və daha 17 nəfərə sanksiya tətbiq etdi

ABŞ Əli Laricani və daha 17 nəfərə sanksiya tətbiq etdi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ İranda davam edən kütləvi etiraz aksiyalarına qarşı tətbiq edilən zorakılıqlara və qanunsuz maliyyə əməliyyatlarına cavab olaraq Tehran hakimiyyətinə qarşı sanksiyalar paketini genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən açıqlanan yeni “qara siyahı”ya 18 fiziki şəxs və şirkət daxil edilib.

Sanksiyaya məruz qalanlar arasında çirkli pulların yuyulmasında ittiham olunan, həmçinin “Bank Melli” və “Shahr Bank”la sıx əməkdaşlıq edən qurumlar yer alır.

Siyahının ən diqqətçəkən ismi isə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanidir. Həmçinin etirazların yatırılmasında birbaşa iştirak edən İran Hüquq-Mühafizə Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd regional komandirinə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Qeyd edək ki, Vaşinqtonun bu addımı İranda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxsləri hədəf almaqla yanaşı, hakimiyyətin beynəlxalq maliyyə sisteminə çıxışını daha da daraltmaq məqsədi daşıyır.

Əlavə edək ki, sanksiyalar həmin şəxslərin ABŞ-dəki aktivlərinin dondurulmasını və Amerika şirkətləri ilə hər hansı ticari əlaqələrinin qadağan edilməsini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri