Icma.az
close
up
RU
ABŞ Ermənistan vasitəsilə Zəngəzur bölgəsinə gəlir ŞƏRH

ABŞ Ermənistan vasitəsilə Zəngəzur bölgəsinə gəlir ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton Avrasiya-Avropa ticarətində üçüncü ən böyük marşrut xəttinə sahiblənir 

 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib. Görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub. Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb. Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb. Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar barədə məlumat verib. Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, ABŞ-nin bütün regionlarla bağlı öz maraqları var. Ekspert bildirib ki, Ağ Ev öz rəqiblərinə qarşı qlobal mübarizədə daha geniş imkanlar əldə etmək məqsədilə Cənubi Qafqaza və Mərkəzi Asiya ölkələrinə diqqəti artırıb: "ABŞ-nin beyin mərkəzləri Dövlət Departamentindən bir neçə məsələyə daha çox diqqət yönəldilməsini tövsiyə ediblər. Ağ Ev hesab edir ki, artıq Azərbaycanın da yer aldığı C6+1 platforması yaradılmalıdır. ABŞ Çini Mərkəzi Asiyadan sıxışdırmaq istəyir. Ümumiyyətlə, Çinin qlobal ticarətdə əsas söz sahibi olmasına imkan vermək istəmir. Sözsüz ki, ABŞ Mərkəzi Asiyada Azərbaycansız mövcud ola, varlığını qoruya bilməz. Azərbaycanın mühüm nəqliyyat qovşağı olması bu məsələdə həlledici faktordur. Nəticə etibarı ilə ABŞ Ermənistan vasitəsilə Zəngəzur bölgəsinə gəlir və Avrasiya-Avropa ticarətində üçüncü ən böyük marşrut xəttinə - Zəngəzur dəhlizinə sahiblənir". 

Z.Məmmədov əlavə edib ki, Azərbaycan bu məsələdə hansısa geosiyasi seçim etməyəcək: "Azərbaycan sadəcə olaraq Çinə, ABŞ-yə bu mühüm layihədə iştirak etməyi tövsiyə edir. Rəsmi Bakının xarici siyasəti Zəngəzur dəhlizi məsələsinin geosiyasi və geoiqtisadi rəqabət meydanına çevrilməsinə imkan verməyəcək. Baxmayaraq ki, bizi istəməyən bəzi qüvvələr iddia edirlər ki, ABŞ "TRİİP" layihəsinə sahiblənməklə Çinin "Böyük İpək Yolu" layihəsini zərbə altında qoymağa çalışır. Xeyr, bunlar həqiqətdən çox uzaqdır. Azərbaycan Prezidentinin Çində çox yüksək səviyyədə qarşılanması ondan xəbər verir ki, Azərbaycan bu məsələdə Çin və ABŞ ilə balanslı, bərabərhüquqlu siyasət yürüdür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri