ABŞ əsgərini öldürənə 30 min dollar mükafat İrandan qəribə addım
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ ilə İran arasında gərginlik davam edərkən, İran Ordusunun komandanı Əmir Hatəmi ABŞ hərbçilərini öldürən və ya yaxalayan İran vətəndaşlarına 30 min dollar mükafat veriləcəyini açıqlayıb.
Hatəmi tədbirlərdən birində çıxışı zamanı bildirib ki, bu təşəbbüs “maliyyə mübarizəsinə qoşulmaq üçün böyük tələbat” əsasında hazırlanıb.
“Kim təcavüzkar amerikalı hərbçini öldürər və ya yaxalayıb təhvil verərsə, İran İslam Respublikası Ordusu 30 min dollar məbləğində mükafat verəcək”, – deyə o bildirib.
İranlı komandan ABŞ hərbçisini öldürən və ya yaxalayan şəxsin qadın olması halında mükafatın artırılacağını da açıqlayıb.
O qeyd edib ki, hadisə zamanı istifadə olunan silahın dəyəri ikiqat qiymətə satın alınacaq və həmin şəxsə yeni silah veriləcək. ABŞ hərbçisinin öldürülməsində istifadə olunan silah isə sonradan muzeydə sərgilənəcək.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Avqust 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















