Icma.az
close
up
RU
ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır ŞƏRH

ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur

"Bu, Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur, onu Ukrayna və ABŞ birgə idarə edəcək”. Baş nazirin sözlərinə görə, saziş birbaşa Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlıdır: "Müqavilənin preambulasında çox aydın şəkildə qeyd olunur ki, Amerika xalqının Ukrayna ilə birlikdə azad, suveren və təhlükəsiz dövlətə sərmayə qoymaq istəyi nəzərə alınmaqla, bu, sazişin başlanğıcıdır. Mən birbaşa mətndən sitat gətirirəm və bu, onun hansı məqsədlə bağlandığını anlamaqda bizim üçün vacibdir. Bu sazişin təhlükəsiz mahiyyəti ölkəmiz, hökumətimiz və prezidentimiz üçün bir nömrəli prioritetdir". Razılaşmada Ukraynanın dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina edərək beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni vurğulayan Budapeşt Memorandumuna istinad var. Sənədin Ukrayna hökuməti tərəfindən nəzərdən keçiriləcəyi və nəhayət, Ukrayna və ABŞ prezidentləri arasında danışıqlar zamanı razılaşdırılacağı gözlənilir. Nadir torpaq metalları müqaviləsinə görə, Ukrayna və ABŞ Bərpa Fondunu bərabər şəkildə idarə edəcək. Müqavilə Ukraynanın NATO-ya qoşulmasına dəstək verilməsini və ya alternativ təminatların nəzərdən keçirilməsini ehtiva edərək, təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilir. Fondun vəsaitləri Ukraynanın yenidən qurulması, iqtisadi inkişafı və təhlükəsizliyinə sərf olunacaq. Ukrayna Prezidenti V.Zelenski Kiyevin ABŞ ilə daha bir saziş imzalamağı planlaşdırdığını söyləyib. Prezident qeyd edib ki, növbəti saziş daha ciddi və çətin olacaq: "Mənim üçün vacib olan bizim borclu olmamağımızdır, sazişdə də nə 500, nə 350, nə də 100 milyard dollarlıq borc qeyd olunub. Bu, bizə qarşı ədalətsizlik olardı".  


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ ilə Ukrayna arasında imzalanacaq sənəd çərçivə sazişi olacaq. Ekspert vurğulayıb ki, Qərb informasiya məkanını təhlil edən zaman aydın olur ki, minerallarla bağlı razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanətləri daxil olmayıb. Bu informasiyaları da rəsmi mövqelər də dəstəkləyir:

"Zelenksi sənədə zəmanətlərlə bağlı ifadələrin daxil edilməsinin vacib olduğunu deyib. ABŞ Prezidenti Donald Tramp bu cür zəmanətlərin Ukraynanın qonşusu olan Avropa tərəfindən verilməli olduğu mövqeyini təkrarlayıb. Proses ümumilikdə ABŞ-nin strateji doktrinasını, o cümlədən geoiqtisadi maraqlarını irəlilətmək baxımından qiymətli, Ukraynanın ərazi bütövlüyü və suverenliyini prizmasından isə mübahisəlidir. Çünki çərçivə sazişi ümumi prinsipləri əks etdirəcək. Digər detalların razılaşdırılması ABŞ-nin Rusiya və Ukrayna arasındakı diplomatik-siyasi trafiklərinin nəticələrindən asılı olacaq. Bu kontekstdə çərçivə sazişinin pozulmağa qarşı həssaslığı önə çıxır. Donald Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurur. Tramp Rusiya Prezidenti Vladimir Putinin bunun baş verməsi üçün “güzəştlərə” getməli olacağını təklif edir. Rusiyanın güzəştləri müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə də, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir". 

Analitikin sözlərinə görə, minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur: 

"ABŞ, əslində, Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir, nəinki Ukraynanın suverenliyini qorumaq. Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir. Bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını “qarşılıqlı hörmət əsasında” cilovlamağa hesablanmış taktikadır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri