Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ eyni vaxtda 3 dövləti hədəf alıb Elçin Xalidbəyli

ABŞ eyni vaxtda 3 dövləti hədəf alıb Elçin Xalidbəyli

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzalayıb. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq. Artıq Trampın bu addımı ticarət müharibəsinin başlaması kimi dəyərləndirilir”.

“ABŞ-nin yeni prezidenti Donald Trampın son addımları dünyada ciddi problemlərə səbəb ola biləcək proseslərin əsasını qoymaq üzrədir. Çünki eyni vaxtda üç dövlət hədəfə alınıb. Üstəlik, gömrük rüsumlarının 25 faiz artırılması qərarı verilən ölkələr arasında Kanada da var və o, ABŞ-nin birbaşa hədəfindədir. Ağ Evin yeni sahibi Kanadanın ABŞ-nin 51-ci ştatı olmalı olduğunu vurğulayır və ona seçim etməyi təklif edir: ya Kanada Birləşmiş Ştatların 51-ci ştatı olmağa razılaşmalıdır, ya da ABŞ ona hər il ayırdığı 200 milyard dollarlıq iqtisadi dəstəyi dayandıra bilər. Bundan sonra isə Kanada ABŞ-la iqtisadi və ticarət münasibətlərində hər hansı güzəşt əldə etmək imkanından məhrum olacaq. Son 25 faiz gömrük rüsumu ilə bağlı qərar da Kanada üçün ciddi iqtisadi zərbə hesab edilir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, eyni vəziyyət Meksika və Çin üçün də keçərlidir.

“Meksikaya tətbiq edilən 25 faizlik gömrük rüsumu bu ölkənin iqtisadiyyatı üçün ağır zərbə sayıla bilər və Meksikanın buna necə tab gətirəcəyi hələlik qeyri-müəyyəndir. Digər tərəfdən, Çin Trampın iqtisadi siyasətindən artıq öz payını almış kimi görünür. Belə görünür ki, ABŞ-nin yeni prezidenti öz hakimiyyəti dövründə ölkəsi üçün problem yarada biləcək bütün istiqamətlərə qarşı genişmiqyaslı hücum strategiyası həyata keçirməyə çalışır. Bu siyasət isə qlobal böhran riskini artırır və gələcəkdə bütün dünyaya təsir edə biləcək iqtisadi sarsıntılar yarada bilər. Belə bir vəziyyətin yaranması, əslində, ABŞ-nin dünyadakı təsir gücünü genişləndirmək niyyətinin bir hissəsi kimi görünür. Lakin eyni zamanda, bu yanaşma bütün dünyaya qarşı iqtisadi və ticarət müharibəsinə çevrilə bilər və bu prosesdən demək olar ki, bütün ölkələrin zərər çəkmək ehtimalı var. Trampın Kanadaya qarşı siyasətinin ölkəmizə ciddi təsir göstərəcəyi gözlənilmir. Çünki Azərbaycan-Kanada münasibətləri yüksək səviyyəli deyil. Əksinə, Kanada ermənipərəst mövqeyi ilə seçilir. Azərbaycan əleyhinə əsassız, absurd ittihamlar irəli sürərək, iftira və böhtan xarakterli bəyanatlarla çıxış edib. Buna görə də Azərbaycan və Kanada arasındakı məhdud iqtisadi və ticarət əlaqələri nəzərə alındıqda, ABŞ-nin Kanadaya qarşı sərt mövqeyinin Azərbaycana ciddi təsir göstərməsi ehtimalı olduqca azdır”.

Rəfiqə NAMAZƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Fevral 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri