Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ nin Cənubi Qafqazda öz maraqları mövcuddur Elçin Xalidbəyli

ABŞ nin Cənubi Qafqazda öz maraqları mövcuddur Elçin Xalidbəyli

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olması böyük önəm daşıyır. Hazırda Azərbaycana beynəlxalq məkanda təsir gücü olan tərəfdaşlar xüsusilə vacibdir. Belə tərəfdaşların dəstəyi Azərbaycanın geosiyasi hədəflərinin reallaşması baxımından həlledici faktor rolunu oynaya bilər. Bu kontekstdə İsraillə tərəfdaşlıq gələcək perspektivlər baxımından mühüm imkanlar açır. Bunu da nəzərə almaq lazımdır ki, Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası İsrailə xüsusi önəm verir. Tramp komandası İsraili Yaxın Şərqdə yeni düzənin əsas oyunçusuna çevirmək niyyətindədir. Bu səbəbdən İsrailin mövqeyi ABŞ-ın xarici siyasətində xüsusi yer tutur. İsrailin Azərbaycana münasibətinin pozitiv olması isə dolayısı ilə ABŞ-ın da Azərbaycana yanaşmasına təsir göstərir. Xüsusilə Cənubi Qafqaz regionunda İsrailin Azərbaycan kimi güclü tərəfdaşa ehtiyac duyması Ağ Evdə də bu məsələyə xüsusi diqqət yetirilməsinə münbit şərait yaradır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Azərbaycanla İsrail 30 illik münasibətlərini yüksək səviyyəyə çatdırıblar. Hər iki ölkə özlərini etibarlı tərəfdaş kimi sübut ediblər. Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsi bir çox ölkəni narahat etdiyi kimi, onların diqqətini də cəlb edir. Bu ölkələrdən biri, bəlkə də ən önəmlisi ABŞ-dır. Ekspertlər bildirir ki, ABŞ Bakı-Təl-Əviv münasibətlərindən öz regional maraqları üçün istifadə etmək istəyir.

Siyasi şərhçi bildirib ki, bundan əlavə, ABŞ-ın Cənubi Qafqazda da öz geosiyasi və geostrateji maraqları mövcuddur.

“Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyası Cənubi Qafqaz siyasətində daha realist yanaşmaya üstünlük verir. Bayden dövründə ABŞ bu regionda heç bir ciddi təsiri olmayan Ermənistana stavka etməyə çalışırdı. Lakin sonrakı proseslər göstərdi ki, bu seçim uğursuz idi və iflasa məhkum oldu. Tramp administrasiyası isə Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyətini daha praqmatik şəkildə qiymətləndirir. Bəzi ehtimallara görə, yaxın gələcəkdə Tramp administrasiyasının Cənubi Qafqaz, Xəzəryanı bölgə və Orta Asiya siyasətində Azərbaycan əsas strateji tərəfdaş rolunu oynaya bilər. Hazırda bu istiqamətdə müəyyən əlamətlər müşahidə olunur. Görünən odur ki, ABŞ-Azərbaycan münasibətləri yumşalır və pozitiv istiqamətdə inkişaf etməyə başlayıb. Bayden administrasiyası dövründə ABŞ Dövlət Departamenti ermənipərəst siyasi kurs yürüdürdü və bu, ABŞ-Azərbaycan münasibətlərinin ciddi şəkildə korlanmasına səbəb olmuşdu. Bayden administrasiyası Azərbaycana qarşı təzyiq və təhdid ritorikasına üstünlük verir, rəsmi Bakı isə buna prinsipial müqavimət göstərirdi. Geri addım atmayan Azərbaycan öz mövqeyində israr edirdi və nəticədə iki ölkə arasında ciddi problemlər yaranmışdı. Lakin Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə bu problemlər tədricən aradan qalxmağa başlayıb. Bu proses açıq şəkildə müşahidə olunur və böyük ehtimalla, artıq Bayden dövründə mövcud olmuş siyasi vəziyyət arxa plana keçir. Tramp administrasiyası Azərbaycanla münasibətlərin daha normal və ikitərəfli tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində addımlar atmağa üstünlük verir. Bu da son nəticədə ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına və hər iki tərəf üçün faydalı əməkdaşlığın bərpasına şərait yarada bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Mart 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri