Icma.az
close
up
RU
Статья не опубликована
Sülh sazişinin imzalanması ABŞ nin maraqlarınada cavab verir Elçin Xalidbəyli

Sülh sazişinin imzalanması ABŞ nin maraqlarınada cavab verir Elçin Xalidbəyli

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklər müşahidə olunur və bu dəyişikliklər Ermənistanın maraqlarına uyğun deyil. Çünki Bayden administrasiyası birmənalı şəkildə Ermənistana açıq dəstək verirdi, amma Tramp administrasiyası Ermənistanı öz xarici siyasət prioritetlərində ön planda tutmağa qətiyyən həvəs göstərmir. Əksinə, Tramp administrasiyası üçün Ermənistanın böyük əhəmiyyəti yoxdur. Bununla belə, Cənubi Qafqazda Amerika Birləşmiş Ştatlarının olduqca ciddi maraqları mövcuddur və bu maraqların reallaşdırılmasında Azərbaycan, Ermənistanla müqayisədə daha böyük əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi mövqeyi və inkişaf səviyyəsi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Böyük ehtimalla, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətləri daha fərqli və pozitiv istiqamətdə inkişaf edə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə telefon danışığı diqqət çəkib. ABŞ rəsmisi bu barədə X sosial şəbəkəsində paylaşım edib. O, Hikmət Hacıyevlə Cənubi Qafqazda münaqişəyə son qoyulması mövzusu ətrafında müzakirələr apardıqlarını bildirib. Uolts, həmçinin, Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni ilə bağlı əldə olunan razılaşmanı müsbət qiymətləndirib və tərəfləri müqaviləni imzalamağa çağırıb.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, eyni zamanda, ABŞ-ın maraqlarına da cavab verir.

“Çünki ABŞ-ın bu regiondakı strateji maraqlarının reallaşdırılması üçün sülh və sabitliyin bərqərar olması həlledici faktorlar sırasındadır. Buna görə də ABŞ böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün cəhdlər göstərə bilər. Xüsusilə də, bu, ABŞ-ın sülhpərvər dövlət imici yaratması baxımından da əhəmiyyətlidir. Tramp administrasiyası Cənubi Qafqaz siyasətində dünyaya sülh mesajları verməkdə maraqlıdır. Ağ Ev hesab edə bilər ki, Cənubi Qafqazdakı münaqişənin sülh sazişi ilə yekunlaşmasında ABŞ-ın iştirakı, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərə bilər. Bu baxımdan, ABŞ-ın Cənubi Qafqazda sülh prosesini dəstəkləməsi real bir yanaşma tərzidir. Ancaq yekun sülh sazişinin imzalanması üçün yalnız xarici ölkələrin pozitiv açıqlamaları kifayət etmir. Ermənistan rəsmi Bakının prinsipial və qətiyyətli tələblərinin şərtlərini yerinə yetirməlidir. Bu da o deməkdir ki, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etmək üçün Konstitusiyanı dəyişdirməlidir. Eyni zamanda, rəsmi İrəvan Azərbaycanla birlikdə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət göndərməlidir. Və nəhayət, üçüncü tələb olaraq, Azərbaycan və Ermənistan sərhədlərində üçüncü tərəfin təmsilçilərinin yerləşdirilməməsi məsələsi mövcuddur. Bu, həm hərbi, həm də mülki xarakter daşıyan missiyalara aiddir. Bu baxımdan, Avropa Birliyinin Mülki Müşahidə Missiyası adı altında fəaliyyət göstərən Qərb ölkələrinin kəşfiyyat şəbəkəsinin Azərbaycandan sərhədlərdən çıxarılması da böyük əhəmiyyət daşıyır. Bütün bunlar yaxın gələcək üçün nəzərdə tutulan siyasi manevrlərdir və nəticələrinin necə olacağını yaxın vaxtlarda müşahidə edəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri