ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistanda təlimə başladı
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistanın "Zar" poliqonunda beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədilə "Eagle Partner-2026" adlı hərbi təlimlərə start verilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 25-dək davam edəcək manevrlərdə Ermənistan (250 nəfər), ABŞ (58 nəfər), Fransa (24 nəfər) və Yunanıstan (11 nəfər) hərbçiləri iştirak edirlər.
Təlimlər zamanı sülhməramlı tapşırıqların icrası və hazırlığı üzrə tədbirlər həyata keçiriləcək.
Dördtərəfli formatda keçirilən bu manevrlər ilk dəfədir baş tutur.
Qeyd edək ki, ABŞ və Ermənistan arasında "Eagle Partner" təlimləri ilk dəfə 2023-cü ilin sentyabrında, sonuncu dəfə isə 2025-ci ilin avqustunda keçirilib.
Nazirliyinin açıqlamasına görə, təlimlərin əsas məqsədi beynəlxalq sülhməramlı missiyalara cəlb olunan bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, idarəetmə və taktiki rabitə üzrə qabaqcıl təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan ordusunun sülhməramlı bölməsinin döyüş hazırlığını yüksəltməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 17 İyun 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















