Yeni il nə Quranda dini bayram kimi təqdim olunur, nə də onu qeyd etmək xüsusi bir ibadət sayılır Video
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mövzuda danışanda ən böyük problem ondan ibarətdir ki, bəzən bu cəmiyyətdə, çevrəmizdə görürük ki, biz çox vaxt dinin nə dediyini yox, öz həvəslərimizin nə istədiyini danışırıq: “Cəmiyyətin çoxluq hissəsi bu məsələdə dini nəzərə almır. Halbuki din sakitlik, ölçü və hikmət dinidir. Müsəlmanın yeni il ağacı bəzəməsi və yeni ili qeyd etməsi məsələsinə gəlincə, mən bu məsələyə ibadət yox, adət prizmasından baxıram. Yeni il nə Quranda dini bayram kimi təqdim olunur, nə də onu qeyd etmək xüsusi bir ibadət sayılır. Bu, təqvimdə bir rəqəmin dəyişməsidir, zamanın keçməsinin simvoludur. İnsanlar bunu dini ayin kimi yox, ailəvi və ictimai bir ənənə kimi yaşayırlar. Bu baxımdan, yeni il ağacı bəzəmək insanı nə kafir edir, nə də günahkar. Əgər bu işdə dini bir inanc, başqa dinin aqidəsini qəbul etmək niyyəti yoxdursa, burada iman problemi yoxdur”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 31 Dekabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















