ABŞ “Green card” üçün müraciət edənlərdən 100 000 dollar tələb edəcək?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
ABŞ “Green card” üçün müraciət edənlərdən təxminən 100 000 dollarlıq depozit tələb edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, bu məbləğ dəyişə və vəziyyətdən asılı olaraq, 100 000 dollardan az və ya çox ola bilər.
ABŞ Dövlət Departamenti bu yeniliyin əvvəlcə az sayda ölkədə sınaqdan keçirilməsini təklif edir. Ancaq qəzet bu ölkələrlə bağlı konkret məlumat vermir.
Mənbələr ”The Wall Street Journal” qəzetinə bildiriblər ki, depozit “Green card” sahibinin ölkəyə köçdükdən sonra özünü təmin edə bilməyəcəyi təqdirdə ABŞ üçün maliyyə zəmanəti kimi xidmət edəcək.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott qəzetə bildirib ki, Prezident Tramp ABŞ-yə immiqrasiya etmək istəyənlərin maliyyə cəhətdən özünü təmin etməli olduğunu açıq şəkildə bildirib.
ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə “Green card” üçün müraciət edən şəxslərdən depozit tələb olunacaq və o, bu məbləği ABŞ vətəndaşlığı aldıqdan sonra geri qaytara biləcək.
Qəzet bildirir ki, bu proses adətən ən azı beş il çəkir.
Qeyd edək ki, “Green card” (rəsmi olaraq ABŞ Daimi Sakin Kartı) daimi yaşayış hüququnu təsdiqləyən və ölkədə vətəndaş olmayan şəxslərə işləməyə icazə verən şəxsiyyət vəsiqəsidir.
Bu mövzuda digər xəbərlər:Bir Green Card a 100 min dollar?
16 İyul 2026 10:41
“Green Card” almaq çətinləşə bilər 100 min dollarlıq tələb
16 İyul 2026 11:11
ABŞ Green Card müraciətlərini dayandırdı
26 Mart 2025 15:40
ABŞ Green Card proqramını dayandırır
19 Dekabr 2025 09:44
“Amerika arzusu” bahalaşır “Green card” üçün 100 min dollarlıq şərt
16 İyul 2026 07:14
Baxış sayı:158
Bu xəbər 16 İyul 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















