“Green Card” almaq çətinləşə bilər 100 min dollarlıq tələb
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Donald Tramp administrasiyası ABŞ-dən kənarda yaşayan və "Green Card" üçün müraciət edən bəzi immiqrantlarla bağlı yeni qaydaları nəzərdən keçirir.
"The Wall Street Journal"ın məlumatına görə, təklifə əsasən, bəzi şəxslər immiqrant vizası almamışdan əvvəl 100 min dollara qədər maliyyə təminatı təqdim etməli ola bilərlər.
Bildirilib ki, bu təşəbbüsün əsas məqsədi immiqrantların maliyyə baxımından müstəqil olmalarını təmin etmək və onların dövlət sosial yardım proqramlarından asılı vəziyyətə düşməsinin qarşısını almaqdır.
Hazırda bu təklif ABŞ hökuməti tərəfindən rəsmi şəkildə açıqlanmayıb. İmmiqrant vizalarının verilməsi qaydalarında da hər hansı dəyişiklik edilməyib.
Məlumata görə, yeni təşəbbüs Tramp administrasiyasının bəzi müvəqqəti viza sahibləri üçün girov proqramlarını genişləndirməsindən sonra gündəmə gəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 İyul 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















