Icma.az
close
up
RU
ABŞ GÜRCÜSTANA SƏRT SANKSİYALARA BAŞLAYIR

ABŞ GÜRCÜSTANA SƏRT SANKSİYALARA BAŞLAYIR

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ın gürcü xalqına dəstəyi ilə bağlı bəyanatla çıxış edib.

Hurriyyet.az xəbər ki, Blinken bu dəfəki açıqlamasında ABŞ və Gürcüstan arasında 32 illik tərəfdaşlıqdan danışaraq, ABŞ-ın cəsur Gürcüstan xalqına və onların Avro-Atlantik istəklərinə bağlılığının dəmir kimi güclü olduğunu qeyd edib. Bildirilir ki, Birləşmiş Ştatlar "Gürcü arzusu"nun gürcü vətəndaşlarına, etirazçılara, media və müxalifət nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. ABŞ əlavə sanksiyalar da daxil olmaqla, sərəncamında olan vasitələrdən istifadə etməyə hazırlaşır. Sitat: “ABŞ 32 ildən artıqdır ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır. Bizim tərəfdaşlığımız azadlıq və demokratiyaya ümumi sevgimizə və Gürcüstanı Avro-Atlantik ailədə görmək istəyimizə əsaslanır. Biz Gürcüstanın iqtisadiyyatını inkişaf etdirmək, təhsil sistemini təkmilləşdirmək, müdafiə qabiliyyətini artırmaq, səhiyyə və kənd təsərrüfatı sektorlarını genişləndirmək üçün Gürcüstan hökumətləri və xalqı ilə işləmişik. Birləşmiş Ştatlar Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün güclü tərəfdarıdır və bizim cəsur Gürcüstan xalqına və onun Avro-Atlantik istəklərinə sadiqliyimiz möhkəmdir. Birləşmiş Ştatlar “Gürcü arzusu”nun Gürcüstan vətəndaşlarına, etirazçılara, mediaya və müxalifət nümayəndələrinə qarşı qəddar və əsassız zorakılığını kəskin şəkildə pisləyir. Biz “Gürcü Arzusu”nu tənqidçiləri susdurmaq üçün özbaşına həbs və fiziki zorakılıq da daxil olmaqla repressiv taktikasına son qoymağa çağırırıq. Biz hüquq-mühafizə orqanları tərəfindən insanların ciddi xəsarət alması ilə bağlı xəbərlərdən xüsusilə narahatıq. Dinc toplaşmaq və ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs olunanlar dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir. Birləşmiş Ştatlar gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəydir. Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüququnu boğanlar cavab verməlidir. İkitərəfli əməkdaşlığın əvvəllər elan edilmiş hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, ABŞ indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırlaşır”.

Amma təəssüflər olsun ki, bu cür sanksiyalaşmalardan hökumət rəsmiləri deyil, əsasən, xalq əziyyət çəkir. Rusiyada... olduğu kimi./Tezadlar.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri