Icma.az
close
up
RU
ABŞ hərəkətə keçdi: SSRİ ni dağıdan silahı işə düşür? Rusiya 36 illik taktika ilə vurulacaq

ABŞ hərəkətə keçdi: SSRİ ni dağıdan silahı işə düşür? Rusiya 36 illik taktika ilə vurulacaq

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Dünya intizarla ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putinin görüşünü gözləyir. Çoxları iki liderin təmasından ciddi nəticələrin çıxacağını düşünmədiyini ifadə edir. Əsas arqument kimi Ukrayna müharibəsi göstərilir. Rusiya Ukraynanın işğal etdiyi ərazilərdən çıxamayacağını israrla bildirir.

Kollektiv Qərb isə əks mövqedədir. Çünki Putini və Rusiyanı yaxşı tanıyırlar – Ukraynada ələ keçirdiyi ərazilərdə qalsa, Polşa, Moldova, hətta Rumıniya təhdid altına düşə bilər. Ona görə də Avropa İttifaqı və Birləşmiş Ştatlar narahatdır.

Volodimir Zelenski hakimiyyəti də ərazi məsələsində güzəştsiz olduğunu dəfələrlə bəyan edib. Heç Ukrayna xalqı da bu acı sonluğa razı deyil. Sülhün torpaq itkisi hesabına əldə ediləcəyinə qarşıdır.

Belə qarışıq vəziyyətdə ABŞ və Rusiya prezidentlərinin görüşündən ciddi nəticə hasil olmayacağını düşünənlərə müəyyən qədər haqq vermək mümkündür. Ancaq bəzən tarixə nəzər saldıqda bu istiqamətdəki düşüncələr dəyişə bilir.

Qobraçov və Corc Buş ikitərəfli sənədləri imzalayırlar

1980-ci illərin ortasından ABŞ-SSRİ münasibətlərində dönüş yarandı. O zamankı prezident Ronald Reyqanla Sov.İKP.MK-nın baş katibi Mixail Qorbaçov arasında təmaslar artmağa başladı. 1988-ci ildə R.Reyqan Moskvaya rəsmi səfər etdi. Hər iki lider Cenevrə sammitində bir araya gəldi. M.Qorbaçov həmin ilin dekabrında Nyu-Yorkda R.Reyqanla görüşdü. Beləliklə, iki nəhəng dövlət arasında dəmir pərdə, qarşılıqlı düşmənçilik və bundan irəli gələn soyuq müharibə dövrü başa çatdı. İddia olunur ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı, totalitarizm yuvasını yumşaq güclə, dialoqla, “mehribanlıqla” yıxdı.

Bundan 1 il sonra – 1989-cu ilin dekabrın 3-də Qorbaçovla ABŞ-ın yeni hakimiyyətə gələn prezidenti Corc Buş arasında Maltada zirvə görüşü keçirildi. Bu görüş tarixdə yeni dünya düzəninin əsasının qoyulması kimi qalıb. Həm də olduqca önəmli dövrə – Berlin divarının uçurulmasından bir ay sonraya təsadüf edirdi. Sən demə, həmin vaxtlar SSRİ-nin tabutunun hazırlanması prosesi gedirmiş. Məşhur “Malta müqaviləsi” burada imzalandı. O zaman iki dövlət başçısı görüşün yekununda bəyan etdi ki, ABŞ və Sovet İttifaqı bir-birinə düşmən kəsilmiş ölkələr deyil. Aralarında düşmən münasibətə son qoyuldu. Bundan 2 il sonra – 1991-ci ilin 8 dekabrında Belovejsk razılaşması ilə SSRİ-nin süqutu rəsmiləşdirildi.

Bu proses tarixdə qiymətini Qərbin SSRİ kimi nəhəng imperiyanı, nüvə dövlətini yumşaq güclə yıxması kimi aldı. O dövrün müşahidəçiləri Malta sammitini Stalin, Ruzvelt və Çörçilin müharibədən sonrakı dünya planlarını müzakirə etdikləri 1945-ci il Yalta konfransından sonra ən mühüm sammit adlandırırdılar.

Trampla Putinin avqustun 15-də Alyaskada Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq görüşünün də dünya düzənində önəmli rol oynayacağı proqnozlaşdırılır. Tarix son 80 ildə üçüncü belə miqyaslı görüşə şahidlik edəcək.

Corc Buş və Qobraçov

Malta sammiti ilə Alyaska görüşünün oxşar tərəflərindən biri də hər iki görüşün hərbi infrastrukturda keçirilməsidir. Malta görüşü SSRİ-nin Qara dəniz donanmasının flaqmanı “Slava” (yeni adı “Moskva”) gəmisində baş tutmuşdu. Xatırladaq ki, 2022-ci ilin aprel ayında bu gəmi batdı. “Moskva” Ukrayna aviasiyasının uğurlu əks-hücumu zamanı Qara dənizin sularına qərq oldu. Gəmi ilə bağlı bir maraqlı fakt isə odur ki, o, Ukraynada istehsal edilmişdi. Elə Ukrayna tərəfindən də batırıldı. Alyaska görüşü də Ukrayna müharibəsi ilə bağlı keçirilir. Əcəba, indi Rusiyanın hansı gəmisini batıracaqlar?..

Ukraynaya hücum səbəbindən Rusiyanın Qərb və ABŞ-la münasibətlərində gərginlik yaranıb. Moskva Avropa ölkələrinin, eləcə də ABŞ-ın ağır sanksiyaları altında inləyir. Buna rəğmən müharibəni davam etdirir. Əsas rəy belədir ki, kollektiv Qərb Rusiyanı Ukraynada sürünən müharibə ilə çökdürmək istəyir. Eynən 1979-89-cu illərdə SSRİ-nin Əfqanıstan müharibəsində zəiflədilməsi taktikası kimi. ABŞ o dövrdə olduğu kimi, indi də SSRİ-nin varisi olan Rusiya Federasiyasına qarşı hərbi güc tətbiq etməkdən yayınır. Putinlə Trampın görüşünün də 36 il öncəki planla eynilik təşkil etdiyi iddia olunur.

Vaşinqton hər dəfə Rusiya lideri ilə dostluq, müttəfiqlik büsatı quranda, ruslar böyük fəlakətlə üzləşir. Donald Trampla Vladimir Putinin Alyaska görüşündən sonra Rusiyanı hansı fəlakət gözləyir? 36 il öncəki proseslər təkrarlana bilər?

Məşhur misalda deyildiyi kimi, Amerika heç kimi sevgisindən qucaqlamır. Qarşıdakı rəqibə dostcasına sarılır ki, daha yaxşı boğa bilsin…

Azər Ayxan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see294

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see123

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see121

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri