SSRİ ni dağıdan, Bakıda qan tökülməsinə göz yuman Qorbaçov
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün sovet tarixində faciə və xəyanətlə xatırlanan bir fiqurun – Mixail Qorbaçovun istefa verdiyi gündür.
AzPost xəbər verir ki, 1991-ci ilin 25 dekabrında SSRİ-nin ilk və son prezidenti olan Mixail Qorbaçov vəzifəsindən istefa verərək, onsuz da dağılmaqda olan imperiyanın siyasi tabutuna son mismarı vurdu.
Qorbaçovun adı postsovet məkanında “islahatçı” kimi təqdim edilsə də, reallıqda onun fəaliyyəti milyonlarla insan üçün xaos, yoxsulluq və qanlı hadisələrlə yadda qaldı.
Onun rəhbərliyi dövründə həyata keçirilən “yenidənqurma” və “aşkarlıq” siyasəti planlı və məsuliyyətli islahatdan çox, idarəolunmaz dağılma prosesinə çevrildi. Nəticədə SSRİ iqtisadi cəhətdən iflic oldu, ictimai-siyasi sabitlik tamamilə pozuldu.
Azərbaycan xalqı üçün isə Qorbaçovun adı ilk növbədə 20 Yanvar faciəsi ilə assosiasiya olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi, dinc əhalinin qətlə yetirilməsi və şəhərin qan gölünə çevrilməsi birbaşa Moskvanın, yəni Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyətin siyasi qərarının nəticəsi idi.
Həmin gecə qadınlar, uşaqlar, yaşlı insanlar tankların və avtomat silahların qarşısında qaldı.
Qorbaçov sonrakı illərdə verdiyi açıqlamalarda bu əməliyyata görə məsuliyyəti boynundan atmağa çalışsa da, tarixi faktlar onun bu faciəyə siyasi və hüquqi məsuliyyət daşıdığını açıq şəkildə göstərir.
Azərbaycan xalqına qarşı törədilən bu cinayət nə araşdırıldı, nə də günahkarlar cəzalandırıldı.
SSRİ-nin dağılması prosesi də Qorbaçovun siyasi bacarıqsızlığının və qərarsızlığının nəticəsi kimi qiymətləndirilir.
Onun idarəçiliyi dövründə imperiya daxilində millətlərarası qarşıdurmalar alovlandı, münaqişələr dərinləşdi və mərkəzi hakimiyyət vəziyyətə nəzarəti itirdi.
Nəticədə dövlət faktiki olaraq parçalandı, milyonlarla insan sosial təminatsızlıq və qeyri-müəyyənliklə üz-üzə qaldı.
Qərb dairələri tərəfindən Nobel Sülh Mükafatı ilə təltif edilən Qorbaçov, paradoksal olaraq, öz ölkəsində və xüsusilə keçmiş ittifaq respublikalarında nifrətlə xatırlanan liderlərdən biri oldu.
Onun “sülh” adı altında apardığı siyasət, əslində, daxildə zorakılıq, qanlı repressiyalar və milli iradənin tapdalanması ilə müşayiət olundu.
Azərbaycan xalqının yaddaşında isə bu tarix Qorbaçovun adı ilə birlikdə faciə, qan və ədalətsizlik anlayışları ilə həmişəlik həkk olunub.
Sabir ATASOY
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Dekabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















