Icma.az
close
up
RU
ABŞ himayəsində yeni seçkilər: Paşinyan hakimiyyətini qoruya biləcəkmi?

ABŞ himayəsində yeni seçkilər: Paşinyan hakimiyyətini qoruya biləcəkmi?

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək. Belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib. O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var. "Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var" deyə Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb. Ehtimal ki, Ağazaryan " başqa səbəblər " dedikdə məhz xarici amilləri nəzərdə tutub. Ancaq bu məsələdən ehtiyyat edərək çox danışmayıb. Maraqlıdır ki, elə həmən gün ABŞ və Ermənistan arasında " strateji tərəfdaşlıq " haqqında saziş imzalanıb. Bu sazişlə Ermənistan faktiki olaraq ABŞ - nin himayəsi altına keçdiyini bəyan edir. Belə bir anda ölkədə növbədənkənar seçkilər haqqında bəyanatın yayılması isə bir neçə məsələdən qaynaqlana bilər. İlk növbədə, Paşinyan Rusiyaya bağlı müxalifəti zərərsizləşdirmək niyyətindədir. Keçmiş hakimiyyət nümayəndələri, Köçəryan - Sarkisyan komandasını tamamilə sıradan çıxarmaq üçün xalq dəstəyinə ehtiyac duyur. Buna görə də seçkini yeniləmək və xalqdan güc alaraq öz işini həyata keçirmək istəyir. İkinci bir məsələ isə Ermənistanın Qərbə doğru inteqrasiya prosesinə Rusiyanın verəcəyi sərt reaksiya ilə bağlıdır. Donald Trampın prezident seçilməsindən sonra Ukraynada müharibənin dayandırılması ehtimalı böyükdür. Bundan sonra Rusiya diqqətini özünə asi çıxmış Ermənistan yönəldəcək. Paşinyan bunu yaxşı bilir. Çox böyük ehtimaldır ki, Moskva Ermənistana birbaşa müdaxilə etməyəcək, " yumşaq " güc siyasəti " dən istifadə edəcək. Daxildə Rusiyaya bağlı xeyli siyasi qüvvə var. Onların fəallaşdırılması və bu qüvvələrdən istifadə edilərək daha mütəşəkkil müxalifət hərəkatı yaradılması da mümkündür. Xüsusilə son zamanlar Rusiyadakı erməni iş adamlarının ictimai fəallığı artırması da bu prosesdən xəbər verir. Paşinyan həm də bu vəziyyəti önləmək üçün seçkini qabağa çəkə bilər. Daha bir məsələ isə erməni baş nazirin nüfuzunun hazırda yüksək olmasıdır.

Rusiya ilə münasibətlərin pozulması fonunda Ermənistan iqdisadiyyatını çətin günlər gözləyir. Tramp komandası artıq xaricə yardımları azaldacağını bəyan edib. Paşinyan hökuməti ehtiyyat edir ki, ABŞ - nin ayırdığı maliyyə yardımları Ermənistanda pisləşməkdə olan iqtisadi vəziyyətini dirçələtmək üçün kömək etməsin. Buna görə də erməni hökuməti vəziyyət daha da pisləşənə qədər seçkiləri qabağa çəkmək taktikasına əl ata bilər. Paşinyan eyni zamanda Qərbə özünü demokratik lider kimi göstərmək və inteqrasiya prosesini daha da sürətləndirmək üçün də bu yoldan istifadə edə bilər. Ermənistan hökumətində baş nazirin dəyişdirilməsi məsələsi də geniş müzakirə edilir. Seçkidən sonra yeni qurulacaq hökumətə rəhbərlik üçün əsas adı çəkilən şəxslər Baş nazirin həyat yoldaşı Anna Akopyan, Xarici İşlər naziri Ararat Mirzoyan, parlamentin sədri Alen Simonyan və Təhlükəsiz Şurasının katibi Armen Qriqoriyanın adları çəkilir. Ancaq Paşinyanın siyasi həyatda ardıcılı olması və baş nazirdən sonra iqdidar komandası da faktiki ən nüfuzlu şəxsi olması səbəbindən Ararat Mirzoyanın hökumət rəhbərlik etmək şansı digərlərindən daha çox görünür. Yeni seçkilər ABŞ - nin nəzarəti altında və şübhəsiz ki, onun maraqlarına uyğun şəkildə təşkil ediləcək. Seçkidən sonra qurulacaq hökumətdə də Vaşinqtona yaxın şəxslərin üstünlük qazanması gözləniləndir.

Zeynal Əmrəliyev

Siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Yanvar 2025 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see145

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see144

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see135

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see130

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see127

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see118

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see114

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see113

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see113

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see113

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see112

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see112

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see112

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri