ABŞ Hörmüzlə bağlı hərəkətə keçdi: İki mindən çox dəniz piyadası...
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatları Hörmüz boğazını güc yolu ilə aça bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq bildirib.
“Roma üsulu ilə hərəkət etmək lazımdır. Legionları əraziyə yerləşdirmək, əsas mövqeləri ələ keçirmək və bu dar keçidi nəzarət altına almaq vacibdir”, — deyə Kelloq Fox News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bunun üçün hər biri 2500 dəniz piyadasından ibarət iki amfibiya qrupu kifayətdir. Bu qüvvələr artıq regiona aviadaşıyıcılar, aviasiya və amfibiya gəmilərinin müşayiəti ilə göndərilir. Onlar boğazın aşağı hissəsini aça və tankerlərin təhlükəsiz keçidini təmin edə bilər.
Kelloq həmçinin vurğulayıb ki, İranın əsas neft terminalı olan Xark adasının ələ keçirilməsi Tehranın “iqtisadi arteriyasını” kəsmək baxımından vacibdir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Mart 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















