Icma.az
close
up
RU
Fələstin Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir ŞƏRH EDİLDİ

Fələstin Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi də Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib.
Azərbaycan-Fələstin münasibətləri hər zaman yaxşı olub”.

Bu sözləri SİA-ya politoloq Turan Rzayev deyib.

O bildirib ki, Rəsmi Bakı bu gün olduğu kimi, əvvəllər də Fələstinin müstəqilliyini tanıyıb, Fələstin xalqına humanitar yardımlar edib:

“Azərbaycanın Fələstində daimi nümayəndəliyi, bu ölkənin isə Bakıda səfirliyi fəaliyyət göstərir. Həmçinin Bakı İsrail-Fələstin münaqişəsinin və onun tərkib hissəsi olan Qüds və Qəzza məsələlərinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu bildirib.

Prezidentin Mahmud Abbasa ünvanladığı təbrik məktubu da Azərbaycanın Fələstin məsələsinə dair mövqeyinin bir daha təsdiqlənməsidir. Prezidentin məktubunda yer alan fikirlər göstərir ki, Azərbaycan Fələstin xalqının müstəqil dövlət qurmaq istəyini dəstəkləyir və bu məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini vacib hesab edir.

Xüsusilə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasına dəstəyin açıq şəkildə vurğulanması Azərbaycanın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu göstərir. Ölkə başçısının iki dövlət prinsipinə istinad etməsi isə problemin yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və hüquqi mexanizmlər əsasında həllinin vacibliyinə diqqət çəkir.

Məktubun diqqətçəkən digər tərəfi Azərbaycanın Fələstinə münasibətinin yalnız siyasi dəstəklə məhdudlaşmamasıdır. Humanitar yardımların davam etdiriləcəyinə dair verilən mesaj Azərbaycan dövlətinin Fələstin xalqının üzləşdiyi humanitar çətinliklərə də həssas yanaşdığını göstərir. Bu baxımdan Bakı həm diplomatik mövqeyi, həm də humanitar fəaliyyəti ilə Fələstin xalqına dəstəyini ifadə edir.
Təəssüf ki, Azərbaycan Prezidentinin açıq şəkildə Fələstin dövlətinin müstəqilliyini dəstəkləyən, həmçinin dövlətimizin Fələstinə yardımlarını özündə ehtiva edən bu məktubu yenə bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə təhrif edilir. Türkiyədəki bəlli radikal mühafizəkar dairələr sosial şəbəkələrdə Bakının bu addımını “ikiüzlülük” və “səmimiyyətsizlik” kimi təqdim edirlər. Halbuki Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. İlk gündən bu xətt tutulub və indi də davam etdirilir.

Maraqlıdır ki, İsraildən bu günə qədər Bakıya Fələstin mövqeyinə görə heç bir irad və ya narazılıq bildirilmədiyi halda, Türkiyədəki bəzi dairələr edilən yaxşılığı da pis göstərirlər. Fələstin rəhbəri Mahmud Abbasın Türkiyənin Müstəqillik Günü ərəfəsində Kiprə səfəri və burada adanın bütövlüyünə dair verdiyi açıqlamalara Ankaradan o qədər də reaksiya gəlmədi.

Nəticə etibarilə, Fələstin-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rəsmi Bakı Fələstinin haqq işində onun yanındadır. Ona dəstək verdiyini deyənlər isə bu prosesə, əslində, ən çox maneə olanlardır”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri