“Tərtər işi”: Daha 3 nəfər təzminat alacaq
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha 3 nəfər maddi və mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, həmin şəxslərin iddiasına Nəsimi Rayon Məhkəməsində baxılıb.
Zərərçəkmiş şəxslər həmin hadisələr vaxtı xeyli müddət qapalı şəraitdə saxlanıldıqlarını, müxtəlif əzab-iztirablara məruz qaldıqlarını bildiriblər.
2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra zərərçəkmiş qismində tanınan şəxslər, üzləşdikləri vəziyyətə görə 100-200 min manatlıq kompensasiya tələb ediblər.
Ayrı-ayrı baxılan məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Sözügedən nazirlik isə iddia tələbinə etiraz edərək, bu dövlət qurumunun hərəkətləri nəticəsində onlara zərər vurulmadığını bildirib.
Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə isə müvafiq olaraq 8000 və 8500 manat kompensasiya ödənilməsinə dair qərar çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















