Icma.az
close
up
RU
ABŞ ı dağıdan hadisə Azərbaycana da gəlir Nələr gözlənilir?

ABŞ ı dağıdan hadisə Azərbaycana da gəlir Nələr gözlənilir?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Cənubi Qafqaz regionuna güclü siklon yaxınlaşdığı haqda məlumatlar yayılıb. Hidrometeoroloqlar bildirir ki, siklon şimal-qərb istiqamətindən regiona doğru hərəkət edir.

Ümumiyyətlə, siklon nədir? Azərbaycana hansısa təsirləri olacaqmı?

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi Şəbnəm Qurbanova Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, siklon alçaq təzyiq mərkəzi olub, fırlanan hava dövranıdır:

“Siklonların təsiri nəticəsində hava şəraiti pisləşir, qeyri-sabit keçir. Siklonun əsas komponenti olan soyuq hava cəbhəsinin təsiri ilə arabir güclənən şimal-qərb küləyi əsir, leysan xarakterli intensiv yağıntılar müşahidə edilir. Mövsümdən asılı olaraq yağıntılar sulu qar, qar şəklində düşür. Qış fəslində siklonların təsiri daha tez-tez hiss olunur”.

Şəbnəm Qurbanova

Mütəxəssisin sözlərinə görə, siklonlar atmosfer sirkulyasiyası ilə əlaqədar olaraq regional miqyasda təsir edir:

“Bir çox hallarda siklonlar şimal və qərb istiqamətindən ərazimizə daxil olur. Anoloji sinoptik şərait yaxın günlər üçün də proqnozlaşdırılır. Dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək  şimal-qərbdən siklonun təsiri ilə ölkə ərazisində şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s -dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var”.

Ekoloq Arzu Mustafayev isə bildirib ki, siklon mərkəzində alçaq atmosfer təzyiqi yaranır və kənarlara doğru getdikcə təzyiq artır:

“Bu cür strukturlara atmosferin qapalı təzyiq sahəsi deyilir. Siklonlar adətən Filippin adaları ətrafında Sakit okean, Çin dənizi, Ərəbistan dənizi, Karib dənizi və digər açıq okean sahələrində yaranır. Bu, okean və quru arasında kəskin temperatur və təzyiq fərqləri nəticəsində baş verir. Tornado da əslində tropik siklon növüdür”.

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, Azərbaycan adətən siklonların kənar bölgələrində yerləşir və ciddi atmosfer pozuntularına məruz qalmır:

“Buna görə də siklonların dağıdıcı təsirlərini ölkəmizdə nadir hallarda görürük. Bunun əsas səbəbi odur ki, Azərbaycan Avrasiya materikinin mərkəzi hissəsində yerləşir və okeanlarla birbaşa əlaqəsi yoxdur. Tropik ölkələrdə, məsələn Amerikada, siklonlara ad verilir və belə hadisələr ildə bir neçə dəfə baş verir, təsirləri isə daha güclüdür. Azərbaycanda isə bu hallar adətən müşahidə olunmur”.

Arzu Mustafayev əlavə edib ki, ölkəmizdə güclü siklon ehtimalı aşağıdır:

“Azərbaycan Avrasiya materikinin mərkəzində yerləşir. Kənar bölgələrdə baş verən siklonların sərhədləri ölkəmizə müəyyən təsirlər göstərə bilər. Atmosfer cəbhələri və digər meteoroloji şərtlər yerli iqlimə təsir edir. Bunun nəticəsində güclü külək və qeyri-adi atmosfer çöküntüləri müşahidə oluna bilər, amma burada dəhşətli və ya nadir hadisələr, məsələn asteroidin gəlməsi kimi hallar gözlənilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri