Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

ABŞ İLƏ DANIŞACAQ QALİBAF KİMDİR? İranın “kölgə lideri” barədə ilginc faktlar

ABŞ İLƏ DANIŞACAQ QALİBAF KİMDİR? İranın “kölgə lideri” barədə ilginc faktlar

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin İranla Pakistanda keçiriləcək danışıqlarda nümayəndə heyətinin başçısı vitse-prezident C.D.Vens olacaq. İran heyətinə isə parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik edəcəyi bildirilir.

Ümumiyyətlə, Qalibafın adı Əli Xameneinin və xüsusilə də onun baş məsləhətçisi sayılan Əli Laricaninin öldürülməsindən sonra İranın idarə edilməsində əsas fiqur kimi tez-tez çəkilir. Məhz Laricani Əli Xameneidən sonra əsas qərar verən və hamının tabe olduğu şəxs sayılırdı və yalnız onun ölümündən sonra Qalibaf aparıcı şəxs kimi üzə çıxdı.
Son vaxtlar onun adı ABŞ-nin təmas qurduğu əsas fiqur kimi daha çox halandırılır. Bu da təsadüfi deyil. Belə görünür ki, Qalibaf doğrudan da İranın hazırkı idarəetmə struktuturunda taleyi hələ də tam aydın olmayan Müctəba Xameneidən fərqli olaraq, real aparıcı fiqurdur. Məhz buna görə Donald Tramp hələ martın sonlarında öz elçilərinin İranın "ən vacib şəxsi" ilə danışıqlar apardığını söyləyərkən Xameneini yox, məhz Qalibafı nəzərdə tuturdu…

Məhəmməd Bağır Qalibaf 1961-ci ildə İranın şimal-şərqində yerləşən Məşhəddə anadan olub. Onun atası Hüseyn Qalibafın milliyətcə kürd, anası Xeyir al-Nasanın fars olsuğu bildirilir.


Qalibaf Tehran Universitetində bakalavr dərəcəsi (sonradan orada professor olub) və İslam Azad Universitetində magistr dərəcəsi alıb. 

O, hələ19 yaşında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub. İran-İraq müharibəsi zamanı Qalibafın karyerası çox sürətlə irəliləyib. Həm də hərbi pilot olan Qalibaf 1990-cı illərin sonlarında hərbi rəhbərliyin ən yüksək eşelonlarına yüksəlib və SEPAH-da hərbi hava qüvvələrinə rəhbərlik edib.

Qalibaf 2020-ci ildə öldürülən general Qasım Süleymaninin yaxın silahdaşı olub və bu da ona SEPAH-da yüksək vəzifələr qazandırıb.

Siyasi karyerasına gəlincə, Qalibaf İranda daxili etirazların amansızlıqla yatırılmasından yana olub və bu prosesdə özü də fəal iştirak edib. Məsələn, 1999-cu ildəki tələbə etirazları zamanı məhz Qalibaf İran Milli Polisinin komandiri təyin edilib. O, islahatçı prezident Məhəmməd Xatəmiyə nümayişçilərə qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edən məktubu imzalayan 24 SEPAH komandirindən biri olub. İnsan haqları təşkilatları iddia edir ki, Qalibaf son 25 ildə İranda baş verən bütün əsas etiraz aksiyalarının yatırılmasında aparıcı rol oynayıb.

Qalibaf SEPAH-da uğurlar qazansa da, əhali arasında siyasi dəstək ala bilməyib. O, dörd dəfə - 2005, 2013, 2017 və 2024-cü illərdə prezidentliyə namizədliyini irəli sürüb və bu seçkilərin hamısında uduzub. Onun ən uğurlu seçkisi 2013-cü il seçkisi olub ki, o vaxt da Həsən Ruhaniyə uduzaraq, ikinci yer tutub. 2005-ci ildə Qalibaf dördüncü olub, 2017-ci ildə başqa bir mühafizəkar namizəd İbrahim Rəisinin lehinə seçkidən çəkilib, 2024-cü ildə Məsud Pezeşkianın qalib gəldiyi seçkidə isə 3-cü yerlə kifayətlənib.

Qalibafın adı korrupsiya qalmaqallarında da hallanıb. O, 2005-ci ildə paytaxt Tehranın meri seçilib və 12 il bu vəzifəni tutub. Onunla bağlı korrupsiya iddiaları da əsasən həmin dövrə təsadüf edir.

2020-ci ildə Qalibaf Əli Laricaninin yerinə parlamentin spikeri seçilib. Bu vəzifə ona geniş nüfuz və təsir imkanı yaradıb. Buna görə də son zamanlar məhz Prezident Pezişkian deyil, Qalibafın hakimiyyətdə əsas söz sahibi olduğu iddia edilir.

Çoxları iddia edir ki, məhz Qalibaf İranın hərbi qərarlarını və strategiyasını müəyyən edir. İddialara görə, Prezident Məsud Pezeşkian yalnız gündəlik mülki idarəetməyə cavabdehdir, Qalibaf isə strateji və hərbi rəhbərliyi öz üzərinə götürüb.

Bütün bunlara rəğmən, Qalibaf dəfələrlə ABŞ ilə danışıqlar aparmadığını bəyan edib. Qərb və İsrail mətbuatı isə bunun əksini deyir və əmin edir ki, ABŞ-nin təmas qurduğu şəxs məhz odur. Əlbəttə, istisna deyil ki, bu cür məlumatlar onun iran hakimiyyəti daxilində nüfuzuna zərbə vurmaq üçün yayılır. Ancaq ABŞ-nin bütün bu müddət ərzində real təhlükəsizlik zəmanəti verdiyi 5 əsas fiqurdan birinin məhz Qalibaf olması bu iddiaları həm də inandırıcı edir.

Beləliklə, yaxın gələcəkdə, hətta yaxın günlərdə Qalibafın əslində hansı nüfuz və söz sahibi olduğu daha aydın şəkildə görünəcək…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri