Icma.az
close
up
RU
ABŞ ilə danışıqların və atəşkəsin mənası yoxdur Qalibaf

ABŞ ilə danışıqların və atəşkəsin mənası yoxdur Qalibaf

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf təcavüzkarların ciddi qanun pozuntularını əsas gətirərək ABŞ ilə danışıqların və ikitərəfli atəşkəsin mənasız olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Qalibaf X sosial şəbəkəsində paylaşım edərək ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edib. O bildirib ki, Vaşinqton danışıqlar başlamazdan əvvəl belə razılaşma şərtlərinə əməl etməyib.

Qeyd olunur ki, günün əvvəlində ABŞ rəsmi şəkildə İranın irəli sürdüyü 10 maddəlik təklifi atəşkəs üçün əsas kimi qəbul edib və əsas tələblərlə bağlı güzəştlərə getdiyini açıqlayıb.

Lakin təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə hücumların dayandırılması nəzərdə tutulsa da, İsrailin həmin gün Livana genişmiqyaslı hücumlar həyata keçirdiyi və nəticədə yüzlərlə mülki şəxsin həlak olduğu iddia edilir.

Qalibaf paylaşımında qeyd edib ki, əvvəlcədən bu prosesə inamsız yanaşdıqlarını və hadisələrin də bu gözləntiləri doğrultduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti tərəfindən də etiraf edildiyi kimi, İranın 10 maddəlik planı danışıqların əsas çərçivəsini təşkil edir.

Parlament sədri əlavə edib ki, artıq bu çərçivənin üç əsas bəndi pozulub. Bunlara Livanda atəşkəs öhdəliyinə əməl edilməməsi, İran hava məkanının pozulması və ölkənin uranı zənginləşdirmək hüququnun qəbul edilməməsi daxildir.

Qalibaf vurğulayıb ki, belə bir şəraitdə nə ikitərəfli atəşkəs, nə də ABŞ ilə danışıqlar məntiqli hesab oluna bilər.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Aprel 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri