Icma.az
close
up
RU
ABŞ ilə düşmən olan mərhumlar və məhrumlar 6 sı ölüb, 2 si dustaqdır

ABŞ ilə düşmən olan mərhumlar və məhrumlar 6 sı ölüb, 2 si dustaqdır

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu əsrdə ABŞ ilə ağac-ağaca duran, Ağ Evin siyasi iradəsinə boyun əyməyən bir çox dövlətlər olub: Yuqoslaviya (Serbiya), Əfqanıstan, İraq, Liviya, Suriya, Venesuela, İran, Kuba, Rusiya, Şimali Koreya, qismən də Çin.

Hamısı birmənalı şəkildə diktatura, avtoritarizm və totalitarizm yuvası olan bu dövlətlərin odioz rəhbərləri vaxtaşırı olaraq ABŞ-yə qarşı sərt fikirlər səsləndirir, onunla açıq düşmənçilik aparırdılar (bəziləri hələ də aparır).

Miloşeviç Haaqa məhkəməsində

Onlardan birinci Yuqoslaviya federasiyasinin (imperiyasının) varisi Serbiya vuruldu. NATO ölkələri öz qonşuluğundakı və daxilindəki etnik qruplara (boşnaklara, albanlara və xorvatlara) qarşı qırğın törədən bu dövlətin paytaxtını bombaladı, onun rəhbəri Slabodan Miloşeviçi siyasi mənada “üzdəniraq” elan etdi. Bu siyasət Serbiyada 2000-ci ildə keçirilən seçkilərdə Miloşeviçin məğlub olmasını şərtləndirdi. O, hakimiyyəti əlində zorla saxlamaq istəsə də, alınmadı, müxalifət qüvvələrinin vahid namizədi Voislav Koştunitsa prezident seçildi və 2001-ci ilin aprelində Miloşeviçi hərbi cani sifəti ilə həbs etdirərək, Haaqa məhkəməsinə verdi. 2006-cı ildə keçmiş diktator ürək çatışmazlığı səbəbindən öldü.

Bin Laden pakistanlı jurnalistə müsahibə verir

İkinci hədəfə gələn Əfqanıstan oldu. 2001-ci ilin sentyabrında ABŞ-də görünməmiş miqyasda terror aktı törədənlərin, qaçırılmış təyyarələrlə Nyu-Yorkdakı əkiz qüllələri, Vaşinqtonda Pentaqonun binasını vuran, bir neçə min adamın adamın ölümünə bais olanların arxasında faktiki olaraq Əfqanıstanı idarə edən Üsamə bin Ladenin durduğu təsdiqlənincə, ABŞ hazırlığa başladı və hücum edərək Əfqanıstanı işğal etdi, hakimiyyətdə olan “Taliban”ı devirdi, bin Ladeni təqib etməyə başladı. ABŞ bu şəxsi 10 ildən sonra, 2011-ci ilin may ayında Pakistanda. Əfqanısanla sərhəddə yerləşən Abbotabadda tapdı və öldürdü. Əfqanıstanı idarə edən Molla Ömər də çox yaşamadı, o da ABŞ bombardmanlarından birində həlak oldu.

Səddam Hüseyn asılmazdan bir az əvvəl

Sonra İraqın, Səddam Hüseynin növbəsi çatdı. S.Hüseyn hələ ötən əsrin 90-cı illərində ABŞ ilə çiling-ağac oynayır, onun regiondakı maraqlarına zərbə vurur, müttəfiqlərini təhdid edirdi. Ata Corc Buşun sanksiyası ilə başlanan 1-ci İraq müharibəsindən canını, taxt-tacını birtəhər qurtaran Səddam tutduğu anti-ABŞ xəttini davam etdirirdi, ancaq oğul Corc Buş atası kimi işi yarımçıq saxlamadı, sona qədər getdi və 2003-cü ilin aprelində S.Hüseyni devirdi, nəslində bir başıpapaqlı (daha dəqiqi, başıçalmalı) qoymadı. Lap axırda isə S.Hüseyn gizləndiyi kanalizasiya quyusundan səfil-sərgərdan görkəmində tapıldı, mühakiməyə verildi, 2006-cı ilin dekabrında cəzası ağır oldu: asılmaqla edam. Bu cəzanın ona ABŞ-də kəsildiyi heç kəsə sirr deyildi.

Müəmmər Qəzzafi BMT-də Buşu "şeytan" adlandırıb və üstündən su içir

Liviya cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafi təkcə ABŞ-nin regional siyasətini vurmurdu, həm də öz ekstravaqant geyimi, yaşayışı, davranışı və ritorikası ilə ABŞ liderlərini ələ salırdı. Bir dəfə o, BMT-nin Baş Assambleyasının illik toplantısında çıxışa başlarkən özündən əvvəl çıxış edən Corc Buşu (oğul) nəzərdə tutaraq demişdi: “Buradan şeytan iyi gəlir”.

Çox çəkmədi, 2011-ci ilin avqustunda Liviyada necə bir üsyan-inqilab coşqusu, eyforiyası başlandısa, bu, vətəndaş müharibəsinə səbəb oldu. Nəticədə Qəzzafi devrildi, həmin ilin oktyabrında isə onu da gizləndiyi yerdən çıxarıb xalqın ayağının altına verdilər və kütlə adamı linç edərək təhqiramiz şəkildə öldürdü.

Bəşər Əsəd "hər şey okey olacaq" deyir

Suriya İrana və Rusiyaya güvənərək ABŞ ilə sürəkli intirqa içində olan dövlətlərdən biriydi. Gənc lider Bəşər Əsəd Vaşinqtona və onun regiondakı müttəfiqlərinə (İsrail və Türkiyəyə) tez-tez diş qıcayırdı. Bu siyasətin nəticəsi o oldu ki, Suriyada da “ərəb baharı” başlandı, ölkə bir neçə yerə parçalandı. Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran terrorçu təşkilatı Suriyanın böyük bir hissəsini nəzarətə götürdü. Kürdlər Dəməşqə itaətdən imtina etdilər, türkmənlər Türkiyənin dəstəyi ilə öz başlarının salamatlığını təmin etməyə çalışdılar. Suriyada başlanmış vətəndaş müharibəsində Bəşər Əsəd bir neçə cəbhədə vuruşmalı oldu, ölkənin iri şəhərləri dağıldı, əhali dünyaya səpələndi. B.Əsəd Rusiya və İranın sayəsində uzun müddət paytaxtı və hakimiyyətini qorudu, nəhayət, ötən il o, Rusiyaya qaçaraq canını qurtardı. Yoxsa öldürülən liderlərdən biri də o olacaqdı.

Maduronu ABŞ-yə aparırlar

Venesuelada hələ Uqo Çavesin dövründən başlanmış anti-Amerika ritorikası və siyasəti onun siyasi xələfi Nikolas Maduro tərəfindən də davam etdirilirdi. Maduro anti-ABŞ koalisiyasının fəallarından idi və ABŞ-nin regiondakı maraqlarına qarşı çıxır, Vaşinqtona qarşı düşmən münasibətdə olduğunu gizlətmirdi. Ölkəsini mafiya qanunları ilə idarə edən bu şəxsin hüdudsuz hakimiyyəti və ABŞ ilə intriqası bu ilin ilk günlərinə qədər davam etdi. ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşını iqamətgahlarında yatdqları yerdən götürüb ABŞ-yə apardılar. Əslində Maduro özünü şanslı adam saya bilər – çünki onu elə yatağındaca güllələyə bilərdilər.

47 ildən bəri ABŞ və İsraillə düşmənçilik büsatında olan İranın lideri Əli Xamneyinin başına məhz bu iş gəldi. ABŞ xüsusi təyinatlıları onu Maduro kimi oğurlayıb apara bilməzdilər, amma raketlə vura bilərdilər, elə də etdilər. Amerikalılar 2025-ci ilin iyununda İranın alim və generallarını yatdıqları yerdə raketlə vuraraq nümunə göstərmişdilər, bu il fevralın 28-də isə qaldıqları yerdən davam edərək nöqtəni qoydular.

Beləcə, ABŞ ilə düşmənçilk edərək xeyir tapmayan dövlətlərin sayı artdı, düşmənçiliyi davam etdirənlərin sayı isə azaldı. Onların 6-sı artıq məhrumdur, ikisi isə azadlıqdan məhrumdur – biri Vaşinqtonda dustaqdır, o biri Moskvada ev dustağıdır.

Hazırda meydanda Rusiya, Kuba, Şimali Koreya və Çin qalıb.

Rusiya sonu görünməyən müharibəyə cəlb edilib. Hitlerlə müharibəni 3 il 10 aya bitirən dövlətin – SSRİ-nin varisi olan Rusiya 4 ildir ki, Ukraynanın şərqində saplandığı bataqlıqda çabalayır.

Kuba artıq mühasirəyə alınıb, onun nə vaxt hücuma məruz qalacağı, Fidel və Raul Kastro qardaşlarının bərqərar etdiyi kommunist diktaturasının taleyinin necə olacağı bəlli deyil. Düzdür, indiki hakimiyyət keçmiş liderlər kimi ABŞ-yə qarşı sərt ritorikadan istifadə etmir, amma Vaşinqton Kubanı idarə edənləri yad cisim sayır. “Monro doktrinası”na görə, Qərb yarımkürəsində yeganə ağa yalnız ABŞ olmalıdır və hamı ona itaət etməlidir.

Qalır Çin və Şimali Koreya. Onların hər ikisi nüvə dövlətidir, hər ikisinin ordusu güclüdür və daxilləri sabitdir. Bu ölkələrdə müxaliətçi olmaq, hakimiyyətə qarşı çıxmaq edamla nəticələnir. Üstəlik, Çin iqtisadiyyatda, texnologiyada artıq ABŞ ilə rəqabət apara biləcək qüdrətə sahibdir. Tramp administrasiyasının bu ölkənin tərəqqisini durdurmaq, Çini zəiflətmək, yerində oturtmaq siyasəti açıq-aşkardır.

Şimali Koreya satrapı Kim Çen Inın taleyinin necə olacağını isə heç kim bilmir. Heç Kimin özü də. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Mart 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri