ABŞ ın BMT dəki daimi nümayəndəsi: Tramp Ukrayna münaqişəsini həll etməyə çalışır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına çalışır.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Breitbart News” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp “Avropada ən böyük quru müharibəsinə son qoymağa” çalışır. Uolts müharibənin ABŞ-nin keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə başladığını da vurğulayıb.
Diplomat bildirib ki, Tramp BMT Baş Assambleyasının qarşıdakı sessiyasındakı çıxışında suverenlikdən, son bir il ərzində əldə olunmasına kömək etdiyi sülh razılaşmalarından və hazırda üzərində iş aparılan digər razılaşmalardan danışacaq.
Uoltsun sözlərinə görə, ABŞ Prezidenti İranın nüvə proqramı, süni intellekt və onun dövlət tərəfindən tənzimlənməsi məsələlərinə də toxunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Sentyabr 2026 07:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















