Hazır və formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm Sabah ın baş məşqçisi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı yekun qərarı isə məşqdən sonra verəcəyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” komandası ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.
Litvalı mütəxəssis süni örtüklü meydançaların futbolçuların sağlamlığına təsiri ilə bağlı fikirlərini bölüşüb. O, bu cür meydançaların daha çox zədəyə səbəb olduğunun elmi cəhətdən sübut edilmədiyini qeyd edib.
Dambrauskas sıx oyun qrafikinin futbolçuların fiziki vəziyyətinə təsirindən də danışıb: “Belə sıx qrafikdə futbolçularda həmişə xırda zədələr və zərbələr olur. Hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyundur və bir çoxlarının arzusudur. Bu turnirdə iştirak etdiyimiz üçün xoşbəxtik”.
Səfərlərin bərpa prosesinə təsirinə toxunan mütəxəssis beş saatlıq təyyarə və ümumilikdə 12 saatlıq qatar səfərinin futbolçuların istirahəti üçün ayrılan vaxtı azaltdığını vurğulayıb: “Əsas çətinlik futbolçuları mümkün qədər dincəlmiş və sağlam vəziyyətdə saxlamaqdır. Bu məsuliyyət həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür”.
Norveçə 26 ildən sonra qayıtması barədə danışan Dambrauskas burada yenidən olmağın onun üçün xoş olduğunu bildirib: “26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Burada yenidən olmaq çox xoşdur və möhtəşəm hisslər yaradır. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















