ABŞ ın İrandan TƏLƏBİ: Zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılsın
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ administrasiyası İrandan zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a və ya üçüncü ölkəyə göndərməyi tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Söhbət İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın əsas şərtlərindən birindən gedir.
Planlaşdırılır ki, ölkədən çıxarılan uran ya utilizasiya edilsin, ya da atom elektrik stansiyalarında yanacaq kimi istifadə olunsun.
Nəşr yazır ki, nüvə proqramı üzrə danışıqlar başlasa belə, onların payız aylarına və ya daha uzun müddətə qədər uzanacağı istisna edilmir.
Bəzi rəsmilər tərəflərin uran ehtiyatlarının taleyi ilə bağlı razılığa gələ biləcəyinə şübhə edirlər.
Bu baş verməyəcəyi təqdirdə, ABŞ həmin uran ehtiyatlarının 2025-ci ilin iyununda bombalanmış nüvə obyektlərinin dağıntıları altında qaldığını bəyan edə bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 04 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















