ABŞ ın Kubanı dəniz blokadasına almağa hazırlaşması Rusiyada həyəcanla qarşılanıb
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Kubaya qarşı mümkün dəniz blokadası ilə bağlı xəbərləri həyəcanverici adlandırdı. O, Moskvanın Havana ilə münasibətlərinə dəyər verdiyini söylədi.
"Bu məsələ ilə bağlı bir çox xəbər oxuyuruq. Bu, həyəcanverici məlumatdır. Bilirik ki, kubalı yoldaşlarımız öz maraqlarını və müstəqilliklərini müdafiə etmək əzmindədirlər", - deyə Peskov brifinqdə bildirib.
Politico mənbələrinə görə, ABŞ administrasiyası Kubaya neft tədarükünün qarşısını almağı düşünür və bunun əsas məqsədi ölkədə hökumət dəyişikliyinə məcbur etməkdir. ABŞ əvvəllər Venesuelada oxşar əməliyyat keçirmişdi. 2025-ci ilin dekabrında Prezident Donald Tramp Venesuela neftini daşıyan sanksiyalı tankerlərə blokada tətbiq etmişdi. 2026-cı ilin yanvar ayının əvvəlində Amerika xüsusi təyinatlıları Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi tutaraq ABŞ-a qaytardılar. Delsi Rodriges Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















