ABŞ ın Müvəqqəti İşlər Vəkili: İVLP məzunları ABŞ Azərbaycan əlaqələrinin inkişafına töhfə verirlər
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
IVLP (Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı) çərçivəsində təhsil almış 8000-dən çox məzun sənayedən musiqi və tibb sahəsinə qədər ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə öz töhfələrini verirlər.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon”İllik Məzunlar Qalası” tədbirindəki çıxışında deyib.
Karlon sözügedən proqram çərçivəsində təhsil almış tələbələrin son 30 il ərzində ikitərəfli münasibətlərin gücləndirilməsində önəmli oaya sahib olduqlarını vurğulayıb.
“Əminəm ki, ABŞ-da təhsil aldığınız müddət ərzində Azərbaycanı Amerikaya tanıtdıra bilmisiniz, xüsusilə də, Azərbaycan mədəniyyətini”, - Emi Karlon qeyd edib.
O, Azərbaycanda olduğu qısa müddət ərzində artıq özünü evindəki kimi hiss etdiyini bildirib və Azərbaycan xalqının qonaqpərvərliyinə xüsusi diqqət çəkib.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili avqustun 8-də əldə olunan razılaşmanın Cənubi Qafqazın gələcəyində yeni səhifə açdığını söyləyib və Amerikanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək göstərməyə sadiq olduğunu dilə gətirib.


