ABŞ Kamboca və Tailand arasında əldə olunan sülh razılaşmalarının icrasını dəstəkləməyə hazırdır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Vaşinqton administrasiyası Pnompen və Banqkok arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunur ki, Tailandın 18 kambocalı hərbçini azad etməsi mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın bərpası baxımından müsbət addımdır.
ABŞ, həmçinin 2025-ci il oktyabrın 26-da Kuala-Lumpurda imzalanmış birgə bəyannamədə nəzərdə tutulan əsas tədbirlərin icrası prosesində Kamboca və Tailand hökumətlərinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 31 Dekabr 2025 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















