Icma.az
close
up
RU
ABŞ ın ortasında niyə bəyaz bir Misir piramidası var?

ABŞ ın ortasında niyə bəyaz bir Misir piramidası var?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının cənub-qərbində yerləşən Arizona ştatı, səhralıq torpaqları, möhtəşəm kanyonları və qızılı-qırmızı qayalı mənzərələri ilə özlüyündə bir təbiət möcüzəsidir. Lakin bu mis mədənləri ilə məşhur ştatın təqdim etdiyi mənzərələr və mədəni təəssüratlar təəccüblü şəkildə Antik Misirin dəbdəbəli atmosferini də xatırladır.

Qaynarinfo xəbər verir ki, ucsuz-bucaqsız səhralar, həyat verən çaylar (Nil kimi), günəşə sitayiş edən yerli inanclar və özünəməxsus piramida  kolleksiyasına sahib olması Arizonaya "fironvari” bir aura qatır. Bu qeyri-adi mirasın ən diqqətçəkən nümunəsi isə Finiks yaxınlığında ucalan bəyaz Huntın məzarıdır.

Arizonanın bəyaz piramidası: Vali Huntın abidəsi

Finiks və Tempi şəhərləri arasında yerləşən Papaqo Parkdakı bu kiçik bəyaz piramida, Gizadakı nəhəng əcdadları ilə nə ölçü, nə də yaş baxımından müqayisə edilə bilər. Təxminən altı metr baza genişliyi və hündürlüyü olan bu quruluş Misirdəki nümunələri ilə müqayisədə xeyli sadə qalsa da, məqsədi və memarlıq ideyası eynidir: abidə məzar olmaq.

Arizonanın ilk valisi Corc Vayli Pol Hunt tərəfindən seçilən hündür bir təpənin üzərində inşa edilən bu piramida parlaq bəyaz görünüşünü onu örtən keramika plitələrdən alır. Bu plitələr bir zamanlar Giza piramidaların səthini bəzəyən parıldayan əhəngdaşını xatırladır. Vali Hunt bu piramidanı 1931-ci ildə vəfat edən həyat yoldaşı Helen Duett Ellison Hunt üçün inşa etdirib və ilk dəfn 1933-cü ildə baş tutub. Hunt özü də bir il sonra, 1934-cü ildə həyat yoldaşının yanına dəfn edilib. Ümumilikdə yeddi nəfərin son mənzilidir. Piramidanın forması üçün ilham mənbəyi dəqiq bilinməsə də, Tutanxamunun məzarının tapıntısından sonra Misir estetikasının populyarlaşdığı dövrdə tikilməsi diqqət çəkir.


Corc Vayli Pol Hunt

Təəssüf ki, Huntın məzarı Misir abidələrinin yaşadığı başqa bir aqibəti də paylaşıb: vandalizm. 2008-ci ildə Milli Tarixi Yerlər Siyahısına daxil edilənədək davamlı olaraq zərər görüb və girişindəki bürünc xatirə lövhəsi belə oğurlanıb. Maraqlıdır ki, bu piramida ştatda tək nümunə deyil; "Arizonanın atası” kimi tanınan Çarlz Debrill Poston kimi eksantrik fiqurların məzarları da oxşar geometrik formalara malikdir.

Əfsanənin kölgəsi: Böyük Kanyonda gizlənən misirlilər

Bəs ABŞ-ın cənub-qərbindəki bu açıq-aşkar Misir heyranlığının mənbəyi nədir? Populyar əfsanələrə və komplo nəzəriyyələrinə qulaq assanız, cavab sadə görünür: Antik Misirlilər Arizonaya gəlib.

Yüz ildən çoxdur ki, Böyük Kanyonun əlçatmaz mağaralarında mumiyalar, heroqliflər, qızıl və mis qalıqları tapıldığı iddia olunur. Bu iddiaların mərkəzində S. A. Cordan və G. E. Kinkaid adlı iki səyyahın guya "Smithsonian İnstitutu tərəfindən dəstəklənən” kəşfiyyat səfəri dayanır. Rəvayətə görə, bu komanda "insan əli ilə qaya içərisinə oyulmuş” mağarada Ramses dövrünə aid bir Misir irqi ilə bağlı izlər aşkar etmişdi. Smithsonian illər boyu bu iddiaları ciddiyə almasa da, xüsusilə 1990-cı illərdə həvəskar tədqiqatçıların kitablarla bu iddiaları yayması əfsanəni daha da böyüdüb.

Lakin bu heyrətamiz hekayənin böyük bir problemi var: böyük ehtimalla uydurma olması. Böyük Kanyon Tarix Dərnəyinin prezidenti Heyli Conson kimi mütəxəssislər bu iddialara şübhə ilə yanaşır: "Əgər Misirdən idarəçilər və işçilərdən ibarət geniş bir axın gerçək olsaydı, yerli tayfalar bunu bilməzdimi? Sözlü tarixlər, qaya rəsmləri və oymalar belə bir hadisəni təsvir etməzdimi?”

Üstəlik, bu əfsanəyə əsaslanan həmin dövrün qəzetində adı çəkilən nə Kinkaid, nə də Cordan barədə Smithsonian arxivlərində heç bir qeyd yoxdur. Hadisələrin uydurma olduğu açıqdır. Daha da əhəmiyyətlisi, Consonun fikrincə, helikopterlər olmadan o dövrdə bu cür "tapıntıları” belə ucqar və əlçatmaz bir mağaraya daşımaq fiziki cəhətdən mümkün deyildi.

Arizona ilə Antik Misir arasında ruhani oxşarlıqlar tapılsa da, Böyük Kanyonda gizlənmiş və ya kəşf edilmiş heç bir qədim Misir qalığı yoxdur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri