ABŞ ın tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı İtaliyada saxlanılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Roma, 7 iyul, AZƏRTAC
ABŞ rəsmilərinin tələbi ilə casusluqda ittiham olunan Çin vətəndaşı Milanın “Malpensa” hava limanında saxlanılıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı Çin vətəndaşı 2020-ci ildə Texas Universitetində istehsal olunan anti-COVID vaksinləri ilə bağlı casusluq əməliyyatları həyata keçirən hakerlər qrupunun üzvü olmaqda ittiham edilir. O, 2023-cü ildən beynəlxalq axtarışda idi.
Şanxayda yaşayan 33 yaşlı Xu Zevey Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən COVID əleyhinə vaksinlərin sirlərini oğurlamaqda ittiham edilir.
İT şirkətində texniki işçi olan çinli İtaliyaya tətil üçün səfər edib. Onun ABŞ-a ekstradisiyası ilə bağlı prosesə başlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















