Icma.az
close
up
RU
ABŞ ın Zəngəzur dəhlizi ilə bağlı istəyi uğursuz olacaq Brayza Vaşinqton görüşünün şifrəsini açdı

ABŞ ın Zəngəzur dəhlizi ilə bağlı istəyi uğursuz olacaq Brayza Vaşinqton görüşünün şifrəsini açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. “The Washington Post” nəşri bu barədə iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü açıqlayıb.

Ağ Evdə baş tutacaq görüşün məqsədi nədir? ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürmək təklifi bu görüşdən sonra necə nəticələnəcək?

Globalinfo.az-a danışan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, görünən odur ki, ABŞ-ın Azərbaycanla münasibətlərində müsbət dəyişikliklər baş verir, lakin bunun konkret nədən ibarət olduğunu demək çətindir:

“Mən Tramp administrasiyasında ilk belə müsbət dəyişikliyi bir neçə ay bundan əvvəl Prezident Trampın Yaxın Şərqdəki və Rusiya-Ukrayna münaqişələri üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri zamanı müşahidə etdim. Cənab Uitkoffun səfəri ilə bağlı çox danışılmasa da onun gəlişi göstərdi ki, Prezident Tramp Azərbaycan və Ermənistanın yekun sülh müqaviləsinin əldə olunmasında hansısa rol oynamaqda maraqlıdır. Və əslində, bir neçə gün əvvəl Wall Street Journal-da buna bənzər bir məqalə dərc olunmuşdu. Prezident Tramp Nobel Sülh Mükafatını qazanmağı çox istəyir. Düşünürəm ki, o, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlarda əldə olunan irəliləyişdə özü üçün fürsət görür.

Mən dəqiq bilirəm ki, hər iki lider, həm prezident Əliyev, həm də baş nazir Paşinyan  qalan məsələləri, xüsusilə Ermənistanın Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıması üçün konstitusiyaya dəyişiklik etməsi məsələsini həll etmək istəyirlər. Amma ABŞ-ın danışıqlarda birbaşa iştirak etmək imkanı yoxdur və Minsk Qrupu artıq burada iştirak etmir və bilirsiniz ki, onun ləğvi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqların bir hissəsidir. Beləliklə, ABŞ-ın danışıqlarda rəsmi rolu yoxdur. Amma düşünürəm ki, prezident Tramp burada hansısa rol oynamaq üçün imkan tapmaq istərdi”.

M.Brayza vurğulayıb ki, Uitkoffun səfəri istisna olmaqla, ABŞ-ın xarici siyasətində Cənubi Qafqazla bağlı hər hansı dəyişikliyə dair aşkar əlamət yox idi:

“Sonra prezident Əliyev əvvəlcə Bakıda, sonra isə Qlobal Media Forumunda gözəl bəyanatlar səsləndirdi. Sonra prezident Tramp prezident Əliyev və Azərbaycan haqqında xoş sözlər deyərək buna cavab verdi. Ancaq indiyə qədər gördüyümüz yalnız bunlardır.

Vaşinqtondan səslənən yeni bəyanatlar və ya yeni addımların ABŞ və Azərbaycan üçün uzunmüddətli perspektivi barədə danışarkən qeyd etməliyik ki, münasibətlərin daha da yaxşılaşacağı məlum deyil, çünki prezident Tramp dünya liderləri və ölkələrinə münasibətdə yanaşmasını çox tez dəyişir. Bunu Hindistan və Narendra Modinin timsalında görürük. Baxmayaraq ki, Tramp və Modi uzun illərdir dostluq edirlər, cümə günü Prezident Tramp Hindistana qarşı çox yüksək tarif tətbiq ediləcəyini açıqladı. Ümid edirik ki, prezident Tramp Azərbaycana olan marağı və simpatiyasını davam etdirəcək. Sonra biz ABŞ-ın Cənubi Qafqazda hansı rolu oynamaq istədiyini görə bilərik”.

M.Brayza hesab edir ki, Zəngəzur dəhlizini icarəyə vermək ideyası uğursuz olacaq:

“ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barak bir neçə həftə əvvəl iyunun 17-də Tramp administrasiyasının Zəngəzur dəhlizinin Amerika logistika şirkəti tərəfindən nəzarətə götürülməsini istədiyini açıqlamışdı. O, dəhlizin belə bir Amerika şirkətinə 100 illik icarəyə verilməsi haqda danışdı. Düşünürəm ki, icarəyə vermək ideyası uğursuz olacaq. Bu reallaşmayacaq, çünki Azərbaycan ərazisi sayılacaq Zəngəzur dəhlizinin hər hansı hissəsində nə Ermənistan, nə də Azərbaycan öz suverenliyini 100 il və ya hətta bir günlük belə icarəyə vermək istəmir. Hər iki ölkə məhz ərazi suverenliyi məsələsinə görə iki dəfə müharibə aparıblar.

Düşünürəm ki, buna ABŞ-da əmlak sövdələşmələrində baş verən bir şey kimi, yəni, “niyə də bunu Zəngəzur dəhlizində etməyək”, deyə yanaşılır. Bu model işləməyəcək. Amma təbii ki, ABŞ, logistika şirkəti tərəfindən dəhlizi əməliyyat müqaviləsi əsasında və ya icarə əsasında nəzarətə götürmək üçün Azərbaycan və Ermənistanla birlikdə başqa bir yol tapa bilər. Ancaq bütün bunlar bağlı qapılar arxasında müzakirə olunur və açıqlanmır və hələ ki, yalnız bu fikirləri söyləmək mümkündür”.

O, daha bir məqamı da vurğulayıb:

“Son günlər mətbuatda Azərbaycanın İsrail və Suriya nümayəndələrini Bakıda necə qəbul edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Suriyanın xarici işlər nazirinin bu iki ölkənin münasibətlərini yaxşılaşdırmaq məqsədilə səfəri gözlənilir. Çünki bilirsiniz, İsrail Dəməşqdəki Müdafiə Nazirliyini, eləcə də Suriyanın digər ərazilərini bombalamışdı. Yenə də qeyd etdiyim kimi, ABŞ-ın Türkiyədəki səfiri, eyni zamanda ABŞ-ın Suriyada səfiri və ya xüsusi nümayəndəsi olan səfir Barak həm Zəngəzur dəhlizinə, həm də Suriyaya maraq göstərməklə, özünün dediyi kimi, İsrail ilə Suriya arasında vəziyyətin sabitləşməsinə kömək etməkdə Azərbaycanın diplomatik potensialını yüksək qiymətləndirir.

Bu, ABŞ və Azərbaycan arasında daha geniş əməkdaşlıq üçün platforma ola bilər. Bundan əlavə, Azərbaycan hazırda Türkiyə üzərindən Suriyaya Kilis-Hələb boru kəməri vasitəsilə təbii qaz nəql edir. Bu da ABŞ-da yüksək qiymətləndirilir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri