Icma.az
close
up
RU
Vaşinqton danışıqları: Zəngəzur dəhlizi ilə bağlı ciddi irəliləyiş gözlənilir POLİTOLOQ

Vaşinqton danışıqları: Zəngəzur dəhlizi ilə bağlı ciddi irəliləyiş gözlənilir POLİTOLOQ

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş beynəlxalq diqqət mərkəzindədir.

Görüşlə bağlı ilkin məlumatlar artıq təsdiqlənməkdə və ictimaiyyətə açıqlanmaqdadır.

ABŞ-da baş tutan səfərlər çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. Medianın yaydığı xəbərlərə görə, bu prosesdə müxtəlif siyasi və hüquqi sənədlərin müzakirəsi aparılır.

Mövcud vəziyyətin regionda yeni siyasi və diplomatik mərhələyə yol aça biləcəyi ehtimalları səsləndirilir.

Gununsesi.info-ya mövzunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov belə şərh edib:

“Vaşinqtonda keçirilən görüşlə bağlı artıq məlumatlar daha da təsdiqlənməkdə və reallaşmaqda davam edir.

Əvvəlcə bu barədə yalnız fikirlər və proqnozlar səsləndirilirdi. Artıq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a səfər ediblər və orada bir sıra görüşlər də keçirilib. Azərbaycan Prezidentinin keçirdiyi görüşlərlə bağlı bəzi məlumatlar və görüntülər yayılıb. Bununla yanaşı, ABŞ-ın mətbuat orqanlarında, informasiya məkanında, hətta keçmiş Prezident Donald Trampın sosial şəbəkə hesabında da bu barədə məlumatlar yer alır.

İlk öncə verilən proqnozlara görə, bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər arasında Azərbaycan və Ermənistan arasında ikitərəfli qaydada, həmçinin ABŞ-la birlikdə memorandumun imzalanması və bir sıra digər razılaşmaların əks olunması nəzərdə tutulur.

Amma bizim üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlər var. Ümumilikdə bu prosesin sülhə hesablanması Azərbaycan üçün əsas prioritetlərdən biridir.

ABŞ, keçmiş ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi, bu problemin mahiyyəti ilə yaxından tanışdır və vaxtilə bu məsələnin sülh və danışıqlar yolu ilə həlli prosesində iştirak edib”.

Politoloqun fikrincə, bu proses müəyyən mərhələlərdə uğursuzluğa düçar olsa da, ABŞ hər halda keçmiş münaqişənin predmeti və detalları ilə yaxından tanış olan dövlətdir:

“Lakin indiki mərhələdə söhbət tamamilə fərqli bir platformadan gedir. ABŞ bu dəfə ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi deyil, əksinə, tarixi bir prosesin təşəbbüskarlarından biri kimi çıxış edir.

Yəni ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Ermənistanın və Azərbaycanın mövqelərinin bəyan edilməsi və bu istiqamətdə yazılı müraciətin təqdim edilməsi gözlənilir.

Eyni zamanda Azərbaycana münasibətdə ötən əsrin 1990-cı illərinin əvvəllərindən bəri mövcud olan, ədalətsiz və qərəzli 907 saylı düzəlişin ləğvi məsələsi də gündəmdədir. Bəs bu 907 saylı düzəliş nədir?

ABŞ Konqresi, Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərə “Azadlığa Dəstək Aktı” çərçivəsində yardım proqramı həyata keçirirdi.

Bu yardımın məqsədi demokratiyanın, insan hüquq və azadlıqlarının və digər fundamental dəyərlərin inkişafına dəstək göstərmək idi. Lakin bu dəstək yalnız Azərbaycana münasibətdə istisna hal kimi tətbiq olunmuşdu.

907 saylı düzəliş belə əsaslandırılmışdı ki, guya Azərbaycan Ermənistanı və Dağlıq Qarabağı blokadaya alıb. Halbuki həmin dövrdə işğala məruz qalan, soyqırım və vəhşiliklərlə üzləşən, əraziləri işğal edilən və vətəndaşlarına qarşı çoxsaylı cinayətlər törədilən tərəf məhz Azərbaycan idi. Zərərçəkən də, ittiham olunan da Azərbaycan olmuşdu.

Təəssüf ki, o dövrdə Demokratlar Partiyasının təşəbbüsü ilə qəbul edilən bu bədnam düzəliş “Azadlığa Dəstək Aktı”na edilmişdi. Amma artıq onun ləğvi ilə bağlı məsələ müzakirə olunur və bu istiqamətdə sənədin qəbul olunması ehtimalı kifayət qədər yüksəkdir.

Bununla yanaşı, sülh sazişi ilə bağlı sənədin paraflanması – yəni imzalanmazdan əvvəl mətnin dəyişdirilməz formada razılaşdırılması prosesi də gözlənilir.

Bu, demək olar ki, bu ilin martında razılaşdırılmış sülh sazişi müddəalarının artıq rəsmi sənəd formasına salınması deməkdir.

Doğrudur, sənədin imzalanması mərhələsi hələ reallaşmaya bilər. Lakin paraflanma prosesi də müqavilələr hüququ baxımından, ümumilikdə beynəlxalq münasibətlərdə və diplomatiyada önəmli mərhələlərdən biridir”.

Xəyal Bəşirov həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi müzakirələrin aparılması və tarixi addımların atılması gözlənilir:

“Bütün bunlar, təbii ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra keçmiş işğalçıya qarşı həyata keçirdiyi uğurlu siyasi və diplomatik addımların məntiqi nəticəsidir.

Ona görə də düşünürəm ki, bu görüş tarixi əhəmiyyət daşıyır. Burada ABŞ-nin vasitəçi kimi deyil, təşəbbüskar kimi çıxış etməsi və görüşlərin dünyanın əsas münaqişələrinin müzakirə edildiyi Oval kabinetdə – ABŞ Prezidentinin iqamətgahında baş tutması Azərbaycan üçün ciddi siyasi əhəmiyyət kəsb edir.

Bu, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi deməkdir. Hesab edirəm ki, Ermənistan tərəfi artıq bu prosesdən sonra öz öhdəliklərinə daha məsuliyyətlə yanaşacaq və konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarından imtina etməklə bağlı götürdüyü öhdəlikləri vaxtında və lazımi şəkildə yerinə yetirəcək.

Ümumilikdə gözləntilər ondan ibarətdir ki, bu görüş həm Azərbaycan–ABŞ münasibətlərində yeni və uğurlu bir mərhələnin başlanğıcı olacaq, həm də sülh sazişinin imzalanması və Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası baxımından tarixi bir prosesə çevriləcək.

Bu baxımdan düşünürəm ki, ümid edək, tərəflər görüş zamanı əldə olunan nəticələrə əməl edəcək və bu görüş Cənubi Qafqazda tamamilə fərqli bir siyasi, diplomatik, iqtisadi və dövlətlərarası münasibət mənzərəsini formalaşdıracaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri